backend

TQDK-dan açıqlama: ən çox balı o topladı - (Yenilənib)

TQDK-dan açıqlama: ən çox balı o topladı - (Yenilənib)














Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il magistraturaya qəbul imtahanının I mərhələsində ən yüksək nəticə göstərmiş bakalavr barədə məlumat yayıb

qaynarxett.az bildirir ki, Virtualaz.org qurumun internet səhifəsinə istinadən xəbər verir ki, həmin tələbə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Nəcəfquluzadə İsmayıldır. Qeyd edək ki, İsmayıl qeyd olunan imtahanda 100 mümkün baldan 96 bal toplayıb.

Onu da xatırladaq ki, Nəcəfquluzadə İsmayıl 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

* * * 12:07

TQDK imtahan nəticələri elan edib.

Virtualaz.org TQDK-nın saytına iatinadən bildirir ki, qurum magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

İmtahanda iştirak etmiş bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

* * *11:44

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanı vermiş bakalavrlara müraciət edib.

Lent.az-ın məlumatına görə, imtahan nəticələrinin axşam saatlarına kimi elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, TQDK fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.

İmtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə davam edib.