backend

Kredit borcu olanların nəzərinə!

Kredit borcu olanların nəzərinə!






















Mülki Məcəllədə paradoks var

Qanunvericilikdə olan ziddiyyətə görə, həm kommersiya bankları, həm də kredit borcu olanlar çıxılmaz vəziyyətdə qalıb. Dünya praktikasına nəzər yetirsək, bu məsələlərin şahidi oluruq ki, maddələrin şamil olunma dərəcəsi, obyekti, subyekti - bunlar daha detallı bir şəkildə verilir və konkret məsələlərlə qeyd olunur. Bizim qanunvericilikdə isə qeyri-müəyyənlik faktları aşkarlanır. Belə olan halda tərəflər onu istədiyi şəkildə implementasiya edə bilirlər.

qaynarxett.az xəbər verir ki, oxu.Az-a bu sözləri iqtisadçı-ekspert Ruslan Atakişiyev Mülki Məcəllədə (439.7 və739.1 maddələrində) olan anlaşılmazlığı şərh edərkən bildirdi.

Ruslan Atakişiyevin sözlərinə görə, manatın ucuzlaşmasına görə, müştərilər 30-33% ziyana uğramış oldular:

“Müştərilər 30-33% ziyana uğramış olurlar. Digər tərəfdən manatla kredit verən bankların özləri də ziyana düşüblər. Həmin Mülki Məcəllənin 439,7-ci maddəsində bu gün onun implementasiyası bütün sahələri əhatə etmir deyə banklar tərəfindən iddialar səslənir”- ekspert bildirir.

Ruslan Atakişiyev qanunda olan boşluğu doldurmağı və ziyana düşən tərəflərin kompensasiya olunmasını vacib sayır:

“Bu sahədə islahatlara ehtiyac var, o cümlədən sadə vətəndaşlar zərər çəkməsin deyə, zərərləri kompensasiya olunmalıdır, yenə də qərarlar MB-dan asılıdır”.

Qeyd edək ki, Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Xatırladaq ki, Mülki Məcəllənin 739.1-ci maddəsi isə yuxarıda qeyd etdiyimiz maddənin tələblərini inkar edir. Həmin maddədə deyilir:

“739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”.

Bir neçə gün öncə bu məsələ ilə bağlı hüquqşünas Pərviz Məmmədov bildirmişdi ki, dollarla öhdəlikləri olan şirkətlər üçün müqavilə öhdəlikləriniz dollarla ifadə olunubsa, müqaviləni bağladığınız vaxt qüvvədə olan məzənnə ilə öhdəliyi icra edə bilərsiniz. Bu iddiasına isə Mülki Məcəllənin 439.7-ci maddəsini nümunə göstərmişdi.