backend

Bakı-2015-də həkim işləmək istəyənlərin nəzərinə!

Bakı-2015-də həkim işləmək istəyənlərin nəzərinə!






















Yalnız seçilən rezidentlərlə əlaqə saxlanılacaq

Səhiyyə Nazirliyi rezidentlərə müraciət edib.

qaynarxett.az-nun məlumatına görə, müraciət işlə bağlıdır.

Bakı-2015 İlk Avropa Oyunlarında həkim qismində iştirak etmək istəyən rezidentlərdən 6 mart, 2015-ci il tarixinə kimi fotoşəkilli tərcümeyi-hallarını t.ahmadova@health.gov.az elektron poçtu ünvanına yollamaları xahiş olunur.

Yalnız seçilən rezidentlərlə əlaqə saxlanılacaq.

Xatırladaq ki, oyunlar iyun ayının 12-dən başlayır və 28 iyuna kimi davam edəcək. Oyunlar üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16 000-dən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçib. Oyunlar başlayana qədər 12 500 nəfər könüllü işlərə cəlb ediləcək.

“Alov Qoruyanlar” adlanacaq könüllülər idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərəcəklər.