backend

Azərbaycan təhlükədə: Rusiya İrəvanı mühasirədən çıxarır?

Azərbaycan təhlükədə: Rusiya İrəvanı mühasirədən çıxarır?



















“Rusiya, sözsüz ki, Ermənistana gedəcək etibarlı yerüstü yola sahib olmaq istəyir”

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk çıxış edib.

O, Rusiyaya Ermənistanla onu birləşdirəcək yerüstü heç bir yola imkan verilməyəcəyini deyib:

“Ermənistana gedən yol Ukrayna müharibəsinin olduğu şəraitdə daha çox strateji xarakter daşıyır. Rusiya bununla da tədricən mövqeyini genişləndirməklə bərabər Qafqaza təsirini artırır. Amma hazırkı şəraitdə Moskvaya heç kim bu tip obyektlərə, daha dəqiq desək, Abxaziyadan keçən dəmiryolunun tikintisinə imkan verməyəcək. Xatırladım ki, Gürcüstan bu barədə öz təkliflərini prezident seçkisindən dərhal sonra Rusiyaya vermişdi. Amma həmin vədə beynəlxalq düzən tam şəkildə dəyişməmişdi. İndi çox qüvvələr Ermənistanı Rusiyadan maksimal şəkildə uzaq salmaq üçün çalışacaq. Buraya hava yolu ilə əlaqə də aid edilə bilər. Bu məsələyə həmçinin Ermənistana gedən Rusiya qazının da kəsilməsi daxildir. Moskva Abxaziyadan keçərək Rusiyanı Ermənistanla birləşdirəcək dəmiryol layihəsinin reallaşdırılması üçün Gürcüstan rəhbərliyinə öz adamını gətirməyəcək. Bir müddət öncə parlament seçkilərində qələbə qazanan İvanişvilinin də Moskvanın adamı olduğu deyilirdi. Amma sonradan əməldə göründü ki, bunlar sadəcə şayiələrdir. Belə Rusiya-Gürcüstan münasibətləri Saakaşvilinin gedişindən sonra da düzəlməyib. ABŞ Rusiyaya Gürcüstanla münasibətləri lazımi səviyyədə düzəltməyə imkan vermir. Tiflis hazırda Qərb üçün Qafqazda əsas partnyordur. Azərbaycan belə burada Vaşinqton üçün Gürcüstan kimi etibarlı tərəfdaş hesab edilmir. Ona görə də Rusiya Gürcüstan ərazisində onu Ermənistanla birləşdirəcək heç bir şey qura bilməyəcək. Əgər Tiflis Moskva ilə əlaqələrini tam şəkildə yaxşılaşdırmaq haqqında qərar verib irəli addım atsa, o zaman bu, Cənubi Qafqaza müharibə gətirəcək. Belə ki, ABŞ Gürcüstan-Rusiya münasibətlərinin yaxşılaşmasına imkan verməyəcək. Bütün bunlara görə Rusiyanın Ermənistana yol çəkməsi ilə bağlı planların heç birindən Azərbaycanın qorxmasına ehtiyac yoxdur. Əgər Ermənistanda gələcəkdə hakimiyyətə gələcək şəxs Qərbə tərəf istiqamətlənsə, burada çox şey dəyişə bilər”.