backend

"Bakı-2015"-də iştirak edəcək əcnəbi idmançıların xərclərini Azərbaycan ödəyəcək

"Bakı-2015"-də iştirak edəcək əcnəbi idmançıların xərclərini Azərbaycan ödəyəcək













Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Bakıya Avropa Olimpiya Oyunlarına gələcək bütün 50 ölkə komandalarının nəqliyyat və digər xərclərini Azərbaycan ödəyəcək

qaynarxett.az bildirir ki, o, virtualaz.org-a açıqlamasında onu da deyib ki, idmançıların xərclərinin ödənməsi Avropa Olimpiya Komitəsi ilə bağlanmış müqavilədə nəzərdə tutulub.

Yeri gəlmişkən, «The Guardian» qəzeti yazıb ki, Britaniya Olimpiya Assosiasiyası (BOA) iyunda Azərbaycana 160 atlet göndərəcək. Bu, ötən il Soçiyə göndəriləndən 3 dəfə çoxdur. Böyük Britaniya komandasının rəhbəri Mark England da deyib ki, komandanın göndərilməsi xərcini artıqlaması ilə təşkilatçılar çəkir.