backend

İŞİD yaraqlıları minillik abidələri dağıtdılar – VİDEO

İŞİD yaraqlıları minillik abidələri dağıtdılar – VİDEO






















“Məhəmməd peyğəmbər Məkkəyə gedərkən bütləri əli ilə uçurdub”

“İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının yaraqlıları gürzlərlə (hərbi silah) b.e.ə. VII əsrə aid tarixi abidələri dağıtdıqları əks olunan video paylaşıblar, Reuters xəbər verir.

Vandalizm aktı İraqın şimalında Mosul muzeyində baş verib, bu barədə agentliyə müəssisənin keçmiş əməkdaşı danışıb.

Ekstremistlər monumentləri gürzlərlə sındırıblar, qruplaşmanın üzvlərindən birinin əlində kömürsındıran çəkic olub.

Videoyazıda dağıdılmış tarixi abidələrin olduğu otaq əks olunub, bu abidələrin arasında Nineviya və Nimurddan olan, b.e.ə. VII əsrə aid olan Assuriya heykəlləri də var.

“Məhəmməd peyğəmbər Məkkəyə gedərkən bütləri əli ilə dağıdıb. Bizə heykəlləri məhv etməyi əmr ediblər, axı onun üçün ölkələr fəth edilən də eyni şey edilirdi”, - videoda naməlum islamçı bəyan edib, Agence Prance-Presse xəbər verir.

İŞİD yaraqlıları İraqın ikinci böyük şəhəri Mosulu 2014-cü ilin iyun ayında zəbt ediblər, o gündən indiyə qədər şəhər terrorçuların nəzarətindədir və onların mərkəzlərindən biridir. İŞİD tərəfindən zəbt edilmiş digər şəhər Suriyanın şimalında yerləşən Kobani, kürd döyüşçüləri tərəfindən 2015-ci ilin yanvarında azad edilib.

İŞİD yaraqlıları minillik abidələri dağıtdılar – VİDEO

İŞİD yaraqlıları minillik abidələri dağıtdılar – VİDEO

İŞİD yaraqlıları minillik abidələri dağıtdılar – VİDEO