backend

Xəstəxanaya hücum edib həkimi döymək istədilər

Xəstəxanaya hücum edib həkimi döymək istədilər






















Dünən Suraxanı rayonunda xəstəxanada insident olub

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə fevralın 26-da saat 10:20 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən 22 saylı Təcili Tibbi Yardım Stansiyasın dabaş verib.

Bakı şəhər sakini, 45-50 yaşlı Sevinc Abbasova xəstəxanaya gətirilib.

Tədqiqatçı Azər Soltanovun “Qafqazinfo”ya verdiyi məlumata görə, qadın TTYS-ə gətirilərkən yolda ölüb.

Bundan sonra mərhumun yaxınları xəstəxanaın qapısının şüşələrini sındırıb, həkimləri təhqir edib. Qadının yaxınları həmçinin həkim 1962-ci il təvəllüdlü Tofiq Babayevi də döymək istəyib.