backend

Elman Mehdiyevin işçisi şəhid ailəsinin əmlakını mənimsəyib

Elman Mehdiyevin işçisi şəhid ailəsinin əmlakını mənimsəyib
























"DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir"

Ağcabədi şəhər sakini, Əli Talıbov küçəsi ev 77-də yaşayan Şəhid ailəsi Talıbova Xanım Muxtar qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktub müəllifi rəsmi qurumlardan narazıdır və bu səbəbdən də qarşılaşdığı problemlə bağlı ölkə başıçısına müraciət edərək, ondan kömək istəyir:
“Mən Şəhid ailəsi olaraq süründürməçiliyə, qanunsuzluğa məruz qalmışam. Buna görədə sizin qəzet vasitəsi ilə cənab İlham Əliyevə müraciət etmək istəyirəm.
Cənab Prezident! İlk öncə belə bir sualla müraciət etmək istəyirəm: başqasının malına, əmlakına göz dikmək nə vaxtdan “şərəf”, “ləyaqət”, “mərdlik”, “kişilik” nümunəsi olub? Hələ o ki, qaldı tutduğu vəzifədən, şəxsi əlaqələrindən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü, Torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş Şəhidin ailəsinin əmlakına göz dikmək, saxta sənət düzəltdirib əmlakını əlindən almağa çalışmaq? Sizcə, bu nə qədər Ləyaqətli, Şərəfli işdir?”

HEÇ BİR TƏDBİR GÖRÜLMÜR...

Şikayətçi bildirir ki, artıq üçüncü ildir Laçın rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Mehdiyev Ramiz Bəbir oğlunun tutduğu vəzifədən və şəxsi əlaqələrindən istifadə edərək, onun ailəsinə qarşı etmiş olduğu qanunsuz, haqsız əməllərdən əziyyət çəkir: “Həmin qanunsuzuluğun qarşısının alınması üçün müxtəlif dövlət orqanlarına müraciət etməyimə baxmayaraq, bu günə qədər ötür-ötür oyunu oynayırlar, başda Dövlət Sosial Müdafi Fondunun sədri Elman Mehtiyev olmaqla bu günə qədər heç bir tədbir görən yoxdur. Bunlar yəqin düşünür ki, gərək kimsə özün yandırsın, öldürsün və ya hər hansı bədbəxt hadisə olsun ondan sonra reaksiya versinlər.
Cənab Prezident! Açıq demək gərəkirsə Ramiz pulla, rüşvətlə əldə edə biləcəyi şeyləri əldə edir, mənim ailəmə mənəvi, psixolaji təziq göstərir və açığı mənim maddi cəhətdən onunla ayaqlaşmaq imkanım yoxdur. İndi Siz deyin, mən nə edim? Bu ölkə uğrunda Şəhid verən bir ailənin bu ölkədə yaşamaq hüququ yoxdur? Mənim pulum yoxdur, ona görə pul gücünə Ramiz kimiləri mənim haqqımı yeməlidi? DSMF-nin əməkdaşı müraciətimi araşdırmaq əvəzinə Ramizə vəkillik edib mənə hədə qorxu gəlməlidir? Hakimin müstəqilliyini hakimin özbaşınalığı kimi dərk edən “hörmətliİ” Xanlar müəllim mənim hüquqlarımı pozmalıdı, məhkəmə protokollarını saxtalaşdırmalı, özündən sünü subutlar yaratmalıdı? Məni, ailəmi niyə həyatımızdan bezdirirlər?”

MƏNİM BU ÖLKƏDƏ YAŞAMAQ HÜQUQUM VAR?

Xanım Talıbova ailəsinə qarşı edilən haqsızlıqlara son qoyulmasını, gələcəkdə baş verə biləcək hər hansı bədbəxt hadisənin indidən qarşısının alınmasını, Laçın rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Mehdiyev Ramiz Bəbir oğlu və Ağcabədi rayon Məhkəməsinin sədri Xanlar Fərhadovun barəsində tədbir görülməsini prezidentdən xahiş edir:
“Qeyd edim ki, həyat yoldaşım Əli Talıbov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Yaşadığımız küçə hazırda Onun adını daşıyır. Buna görə dövlətimizə minnətdaram ki, Şəhidin adını əbədiləşdiriblər. Ancaq çox təssüflər olsun ki, vəzifəyə təsadüfi gəlmiş, öz vəzifə səlahiyyətləri və haramlıqla topladığı kapitalı hesabına, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, Şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, yoldaşımın Şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu, həmçinin 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS icraiyyəkomitəsinin sərancamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, yəni Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “AZƏRİTTİFAQ”-a məxsus olan və eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş, bizim üçün daha çox mənəvi dəyəri olanmağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı (Torpaq sahəsinin plan və ölçüsü) sənəd alıb”.

ONUN KİMİ MÜFTƏXORLAR...

Şikayətçi bildirir ki, onun çoxsaylı müraciətləri əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılıb. Nəticədə tam subut edilib ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmadığı halda həmin sənəd onun adına səhv olaraq hazırlanaraq verilib və həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırıb:
“Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsada DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir, çünki cəzasızlığı onu inadından əl çəkməməyə vadar edir, onun kimi müftəxorlar, vətən, vicdan anlayışının nə olduğunu bilməyən saxtakarlar öz maraqlarına görə nəinki şəhid ailəsinin haqqına girər, həttda vətənini satarlar. Belə çirkin niyyətli tiplərin bir amalı var nəyolla olur-olsun var-dövlət toplasınlar. Onun əməli qanunsuzluqdan çox, Şəhid ailəsinə, Şəhid ruhuna hörmətsizlikdir. Dəfələrlə DSMF-yəRamiz Mehdiyevin qanunsuz əməlləri barədə müraciət etməmə baxmayaraq onun barəsində heç bir araşdırma aparılmayıb, görünür hansısa havadarına və ya nəyəsə görə ona “gözün üstə qaşın var” deyən tapılmır ona görə də Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir”.