backend

Ziya Məmmədovun işçiləri ilə bağlı İlginc faktlar

Ziya Məmmədovun işçiləri ilə bağlı  İlginc faktlar

















Nəqliyyat Nazirliyinin əməkdaşları haqda polisə edilən şikayətlər son günlər daha da artıb

qaynarxett.az-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu barədə son 2 gün ərzində 10-a yaxın müraciət edilib.

Həmin məlumatlları təqdim edirik:


Bakı şəhər sakini 1995-ci il təvəllüdül İlyas Məmmədov Polis Bölməsinə müraciət edərək bildirib ki, fevralın 24-də saat 16 radələrində Binəqədi qəsəbəsi ərazisində Nəqliyyat Departamentinin işçisi olan 3 nəfər onun idarə etdiyi Vaz-2107 markalı 43 BB 861 nömrəli avtomobili saxlayıb, cibindən sənədlərini və 15 manat pulunu götürüb. Bu götürdüklərinin qaytarılması üçün ondan 100 manat tələb ediblər.

Xırdalan şəhər sakini 1957-ci il təvəllüdlü Rövşən Quliyev bildirib ki, fevralın 24-də saat 18 radələrində Binəqədi qəsəbəsi ərazisində Nəqliyyat Depratamentinin 3 işçisi onun idarə etdiyi Vaz-2106 markalı 10 CB 076 nömrəli avtomobili saxlayıb, cibindən sənədlərini və 152 manat pulunu götürüb gediblər. Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində İlyas Məmmədova və Rövşən Quliyevə qarşı soyğunçuluq faktı təsdiq olunub. Müəyyən edilib ki, adı çəkilən şəxslərin müvafiq sənədləri olmadan taksi fəaliyyəti ilə məşğul olduqlarına görə Nəqliyyat Departamentinin 1985-cil təvəllüdlü Anar Savalanov və 1983-cü il təvəllüdlü Mürsəl Almuradov adlı əməkdaşları tərəfindən sənədləri tələb edilərək götürülüb.

Bakı şəhər sakini 1985-ci il təvəlüdlü Vüqar Hüseynov isə Nəqliyyat Nazirliyini oğurluqda ittiham edib. Bildirib ki, fevralın 25-i saat 19:45 radələrində Ə.Rəcəbli küçəsində Mercedes markalı 99 EN 421 nömrəli avtomobillə taksi fəaliyyəti göstərdiyinə görə avtomobil Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən Ə.Rəcəbli küçəsi məhəllə 3205-də yerləşən ND-nin cərimə meydançasına aparılıb. Həmin gün saat 20 radələrində avtomobilə yaxınlaşarkən saxlanc yerindən 800 manat pulun oğurlandığı aşkar edilib. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Bakı şəhər sakini 1980 təvəllüdlü Sənan Əliyev polisə müraciətində bildirib ki, fevralın 19-da saat 17 radələrində Binəqədi qəsəbəsi ərazisində idarə etdiyi Vaz-2107 markalı 90 NN 372 nömrəli avtomobilin qarşısını Rang-Rover markalı 90 ?? 444 nömrəli avtomobilin naməlum sürücüsü kəsərək saxladıb. Özünün Nəqliyyat Nazirliyinin işçisi kimi təqdim edən şəxs S.Əliyevdən sənədlərini tələb edib. S.Əliyev buna etiraz edib və sənədləri təqdim etməyib. Bu zaman NN əməkdaşı olduğunu deyən şəxs bıçaqla sürücünü hədələyib, sənədlərini və 100 manat pulunu alıb. O, sürücünü sənədlərini özünə qaytarmayaraq hadisə yerindən uzaqlaşıb.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən bu ilin yanvarın 10-da Həsən Həsənova qarşı oxşar ssenari üzrə xuliqanlıq edənlərin Nəqliyyat Nazirliyi Dövlət Nəqliyyat Avtomobil Xidməti Departamentində məsləhətçi işləyən Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Rauf Qurbanov və Nəqliyyat MMC-də sürücü işləyən Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Kamal Süleymanov olduğu müəyyən edilib.

Fevralın 24-ü saat 13:10 radələrində Qala qəsəbəsi ərazisində vaz-21214 markalı 10 PL 750 nömrəli avtomobili idarə edən Nəqliyyat Departamentinin işçiləri Tovuz rayon sakini 1985-ci il təvəllüdlü Eldəniz Xəlilova məxsus Ford markalı 60 BO 566 nömrəli avtomoblin arxa nömrəsini açıb aparıblar. Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən araşdırmalar davam etdirilir.