backend

Qasım Qasımov Şamaxını bir-birinə qarışdırıb

Qasım Qasımov  Şamaxını bir-birinə qarışdırıb
















Rayonda yerli məmurlar bir-birilərinə bıçaq çəkib

Şamaxı sakinləri yerli rəhbərliyin əlindən cana doyduqlarını deyirlər. Redaksiyamıza göndərilən müraciətdə deyilir:
“Hörmətli redaksiya. Sizə yazmaqla ölkə rəhbərliyinin nəzərinə çatdırmaq istəyirik ki, artıq Şamaxıda hər şey əhalinin əksinə işləməkdədir. Komunal problemlərdən cana doyan əhali (işıq, qaz, su, yol və s) artıq dərdlərinin çarəsini prezidentə müraciət etməkdə görür.
Rayonun problemləri bir yana qalıb, əvəzində Şamaxı rayon icra hakimiyyəti başçısı Asif Ağayevi intiriqalar alətinə çevirmiş Qasım Qasımovun diqtəsi ilə səriştəsiz kadr islahatları aparılmaqdadır.
Belə ki bir müddət əvvəl Qasımovun təkidi ilə yaxın qohumu olan Alikin Avaxıl kəndinə icra nümayəndəsi təyin olunmasının nə ilə nəticələndiyi (“Ayı ovu” qalmaqalı) heç gündəmdən düşməmiş Qasımovun vəzifəyə təyin etdirdiyi 2 şəxs Talışnuru və Qonaqkənd icra nümayəndiliklərinin müavinləri biri digərini bıçaqlayaraq xəsarət yetirmişlər.
Hazirda Qonaqkənd icra nümayəndəliyinin mühasibi ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasında müalicə olunur. Qasımovun təkidli tələbi ilə Ağayev dövlət qulluğuna kriminal insanları toplamaqla həm öz başına, həm də dövlətin imicinə ciddi xələl yetirməkdədir.
Hal-hazırda biri xəstəxanalıq olan, digəri isə sərbəst gəzən hər iki şəxs dövlət qulluqçusudur. Bu azmış kimi saxta diplomlu insanları Qasımov kimlərinsə vasitəsilə vəzifələrə təyin etdirməkdən belə vaz keçməmişdir. Davam edən kadr islahatları Göylər kəndində də öz bəhrəsini verməkdədir”.