backend

Bakının mərkəzində valyutadəyişmə məntəqəsinə basqın

Bakının mərkəzində valyutadəyişmə məntəqəsinə basqın































Bu gün səhər saatlarında Bakının mərkəzində yerləşən valyutadəyişmə məntəqələrindən birinə basqın olub

Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, naməlum şəxslər Nəsimi rayonu, Azadlıq prospekti 128 ünvanında "ZaminBANK"a məxsus olan 3 saylı valyutadəyişmə məntəqəsinə basqın ediblər. Onlar məntəqənin əməkdaşı, 1964-cü il təvəllüdlü Abbasov Tariyel Arif oğluna küt alətlə ağır bədən xəsarətləri yetiriblər. Məntəqədən 120 min dollar və 20 min manat nağd pulu götürən şəxslər uzaqlaşıblar.

T.Abbasov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktl bağlı cinayət işi açılıb, araşdırmalar aparılır (lent.az)