backend

Özü də bu zəmanədə

Özü də bu zəmanədə

Cəmiyyətimizdə işsizliyin aradan qaldırılması üçün bir sıra tədbirlər görülsə də lakin müşahidələrim buna əsas vermir.

Əvvəla onu qeyd etmək istərdim ki, insanların işə yox, işdən əlavə olan marağı onları pis vəziyyətə salmağınnan irəli gəlir. Onların kənar işlərnən məşğul olması məsələn, uşaqların əlində ki mobil telefonda muəyyən oyunların, gənclərin işə məcburi şəkildə bağlılığını və ən əsas da orta və ahıl yaşda ki insanların yol kənarında nərd oynamaqla keçirdikləri bu səmərəsiz vaxt onlara ziyan vurmuş olur. Hər axşam bu şəxslər nərd oynamaqla vaxtlarını boşa sərf etmiş olur. Bu şəxslər hər gün eyni vaxtda hər gün bu küçələrdə zaman keçirməkdən sanki zövqalırlar. Niyə görəsən bu şəxslər faydalı işlərnən məşğul olub ailəsini təmin etmir? Daha digərini misal gətirmək istəyirəm ki, avtoyuma yerlərinin birində rast gəldiyim o azyaşlı uşağın maşın yumağının şahid oldum. Axı o uşağın hələ çox az yaşı var. Onun cəmiyyətdən belə təcrid olunmağına hansı səbəblər var ki onu bu addıma məcbur edir? Hər dəfə bu azyaşlı uşağı gördükcə qəlbim dağa dönür. Axı onlar bizim gələcəyimizdir.
Yasamal rayonun bir neçə küçəsindən keçərkən bu gördüklərim dəfələrlə mənim marağıma tuş gəlib. Və təəssüflər olsun ki, mən bunun hər gün şahidi oluram. Sonradan məni düşündürən ikinci bir sual ortaya çıxır. Dövlətimiz tərəfindən bu insanlar işlə təmin olunmurlarmı? Yoxsa heç bir iş haqda düşünmək istəmirlərmi? Bu şəxslər özlərini cəmiyyətimizdən kanarda saxlamış olurlar. Və beləliklə günü gündən artan artan problemlərin öhdəsindən çətinliklə gəlmiş olurlar. Hər bir xırda problem sonradan böyük faciələrlə bitir. Kimisi borc üzündən intihar edir, xəsarət, kimisi oğurluq, kimisi isə körpüyə çıxaraq özünü atmaqla hədələyib millət vəkilini belə bu işə qatır. Bunun sonu hara gedir bunu isə deyə bilmərəm. Amma onu bilirəm ki, bu işsizlik və əmək haqqı azlığı haqda bir sıra tədbirlər görülsün.
Gəlmək istəyirəm digər məsələyə. Həmin insanların oturduğu ərazi belə üfunət içərisindədir. Bun insanların da buranı niyə zibilləndirməsində marağı nədir? Axı onların özləri də ordan keçmiş olurlar. Bu qədər düşüncəsizlikmi olar? Ətrafı qorumaq hər birimiz borcudur bunu belə bilirik ata - babadan. Oradaki zibil qutuları haqda dəfələrlə yazmağıma baxmayaq ancaq faydasını görə bilmədim. Zibil qutularından aşıb daşan zibillərin iyi ətrafa yayılaraq bizi boğur və bizə öz mənfi təsirini göstərir. Buna əncam çəkən tapılacaqmı? Hər gün işə, məktəbə gedib - gələn insanların bununla qarşılaşmağı onlara daha da zərər vurduğunu görürəm. Yerə səpələnən bu zibilləri gördükcə insan dəhşətə gəlir. Çox xahiş edirəm müvafiq orqanlardan ki, bu problemlə maraqlansın və onları aradan qaldırmış olsunlar. Yoxsa bu təhlükələr ilə bir ömür boyu tək qalmış olacağıq.