backend

Rusiya Azərbaycanın keçmiş müdafiə naziri müavinini Nemtsovun qətlində ittiham edir

Rusiya Azərbaycanın keçmiş müdafiə naziri müavinini Nemtsovun qətlində ittiham edir






















Təhqiqat qrupunun bir sıra sübutları var

Boris Nemtsovun qətli üzrə yaradılmış istintaq qrupu Ukrayna izi ilə bağlı versiyanın üzərində işləyir.

Xəfiyyələr istisna etmirlər ki, Nemtsov Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə öldürülüb və cinayətin təşkilatçıları isə separatçı DNR və LNR-ə qarşı döyüşən Cövhər Dudayev adına çeçen taborunun yaraqlıları ola bilər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatlarına görə, Nemtsovun qətlinin təşkilində bu dəstənin hazırkı komandiri, Rusiya prezidenti Vladimir Putinə qarşı qəsdin hazırlanması üzrə işin əsas fiqurantı Adam Osmayev, həmçinin onun arvadı Əminə Okueyva olub. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, müxalifətçinin qətli Rusiya rəhbərliyini diskreditasiya etməli, ölkədə siyasi vəziyyəti qarışdırmalı idi, - deyə, Rusiyanın “İzvestiya” hökumət qəzeti yazır.

“İzvestiya” vurğulayır ki, həmin çeçen taborunun qərargah rəisi Azərbaycanın müdafiə nazirinin keçmiş müavini (1993-1995-ci illərdə), Azərbaycanda axtarışa verilmiş və son illər Norveçdə yaşayan İsa Sadıqovdur. Dəstənin komandiri isə məşhur səhra komandiri, 2015-ci il fevralın 1-də Debaltsevo uğrunda gedən döyüşlərdə öldürülmüş İsa Munayev olub. Munayev Ukraynaya Danimarkadan gəlib.

“İzvestiya”nın hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, hazırda istintaq qrupunun Ukrayna xüsusi xidmət orqanlarının Nemtsovun qətlinə aidiyyatı olduqlarını sübut edən bir sıra dəlillər var. Hələ Nemtsovun qətlə yetirildiyi gün Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markin müstəntiqlərin Rusiyada siyasi vəziyyəti qarışdırmaq cəhdi ilə bağlı versiya üzərində işlədiyini bildirmişdi.

Rusiya xüsusi xidmət orqanları hazırda Nemstovun qətlinə hazırlıq və onun öldürülməsində neçə nəfərin iştirak etdiyini aydınlaşdırmağa çalışırlar. Əməliyyatçılar Moskvada killerlərdən başqa cinayətin nəticələri və siyasi effektini izləyən nəzarətçilərin də olduğunu istisna etmirlər.

Məlumatda qeyd olunur ki, “Ukrayna xüsusi xidmət orqanları Nemtsovun qətli ilə əlaqədar Rusiyada siyasi vəziyyətin stabilliyinin pozulmasında maraqlıdırlar, martın 1-də Moskvada matəm yürüşünda Ukrayna Ali radasının deputatı Aleksey Qonçaernkonun peyda olması da buna dəlalə edir. Məhz o, böyük ehtimalla müxalifətçinin qətlindən sonra Moskvada Maydanın baş verib-verməyəcəyini izləməli imiş”, - deyə, hüquq-mühafizə orqanlarındakı mənbə qəzetə bildirib.