backend

“Əks təqdirdə ölkəni faciə gözləyir...”

“Əks təqdirdə ölkəni faciə gözləyir...”































Mən deməzdim ki, Levon Ter-Petrosyan ölkəsinin və xalqının uydurma soyqırım iddialarından əl çəkməli olduğunu Azərbaycan və Türkiyəyə olan sevgisindən dilə gətirib

qaynarxett.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Levon Ter-Petrosyan da digr ermənilər kimi Azərbaycan və türk millətinə qarşı xoşagəlməz duyğulara malikdir, sadəcə o bu çağırışı ilə xalqını bu yoldan çəkindirməklə əslində erməniləri düşdüyü fəlakətdən xilas etmək məqsədini güdür:

”Çünki məhz Petrosyanın hakimiyyəti dövründə separatizm meylləri gücləndi və Azərbaycan torpaqlarını bir qismi işğal olundu. Bu baxımdan onun bu bəyanatını Azərbaycana və ya Türkiyəyə olan müsbət münasibəti kimi qiymətləndirmək olmaz.”

Millət vəkili onu da əlavə etdi ki, buna baxmayaraq L.Ter-Petrosyanın bu çağırışını konstruktiv və praqmatik addım kimi dəyərləndirmək olar:

“Belə ki, uzun illərdən bəridir ermənilərin ən müxtəlif səviyyələrdə uydurma soyqrımla bağlı apardıqları təbliğat müəyyən mənada öz təsirini göstərib və nəticədə bir sıra ölkələrdə bununla bağlı qərarlar verilib. Amma bu gün Ter-Petrosyanın Türkiyə ilə münasibətləri qurmaq üçün bu uydurma soyqırım siyasətindən əl çəkmək və oradakı tələblərin yumşaldılması barədə mövqe bildirməsini bir konstruktiv yanaşma kimi dəyərləndirmək olar. Bu gün regionda Türkiyə kimi gücə malik ikinci bir ölkə yoxdu. Bu çağırış birmənalı olaraq ermənilərin marağına xidmət edir. Çünki Türkiyənin Ermənistanla əlaqə qurub qurmaması elə də ciddi əhəmiyyət kəsb etmir. Əlaqələrin qurulması sadəcə beynəlxalq aləmə görüntü üçün lazımdır. Türkiyə ilə münasibətlərin qurulması ermənilər üçünsə həyati əhəmiyyət kəsb edir. Bu əlaqələrin qurulması ölkənin üzləşdiyi sonu görünməyən bataqlıqdan qurtaracaq.”

Ter-Petrosyanın Qarabağ məsələsində Ermənistanın güzəştlərə gedərək münaqişənin həllinə nail olunması ilə bağlı mövqeyinə gəldikdə isə F. Ağamalı bildirdi ki, o bu fikri hələ 1996-ci ilədək hakimiyyətdə olduğu dövrdə həyata keçirirdi:
“Ter-Petrosyan məhz bu mövqeyinə görə hakimiyyətdən uzaqlaşdırıldı. Digər tərəfdən o artıq Azərbaycanın artan gücünü və inkişafını görür və dəyərləndirir. Bu bir insan kimi Ter-Petrosyanın gözündən yayınmır. Ona görə də yaxşı anlayır ki, ölkənin yeganə çıxış yolu işğal etdiyi torpaqlardan çıxıb, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqdadır. O yaxşı bilir ki, Ermənistan bu işğalçı siyasətindən əl çəkəcəyi təqdirdə Azərbaycan və Türkiyə ilə əlaqələr normallaşacaq və bununla da Ermənistan düşdüyü bəladan xilas olacaq və ölkədə vəziyyət normal məcraya dönəcək. Əks təqdirdə ölkəni faciə gözləyir. Bunu görə Petrosyan xalqına belə bir çağırış edib ki, işğalçı və uydurma soyqırım siyasətindən əl çəksin.”

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İrəvanda keçirilən mitinqdə erməni xalqının uydurma soyqırımla bağl qəbul etdiyi Bəyannaməyə etiraz edərək, sənədi kəskin tənqid edib. O bəyan edib ki, bu sənəd Ermənistanın xarici siyasətində ciddi manelər yaradacaq. O hesab edir ki, Ermənistanın üzləşdiyi bu ağır durumdan yeganə çıxış yolu Türkiyə ilə münasibətləri normallaşdırmaq, uydurma soyqırım siyasətindən əl çəkmək, həmçinin Qarabağ məsələsində güzəştə getməkdir."