backend

“Ölkədə kütləvi ixtisarların getdiyi bir vaxtda bu nə məsuliyyətsizlikdir...”

“Ölkədə kütləvi ixtisarların getdiyi bir vaxtda bu nə məsuliyyətsizlikdir...”































AMEA Fizika İnstitutunun əməkdaşı Elman Şahverdiyev artıq neçənci dəfədir ki, Moderator.az-a üz tutaraq prezident İlham Əliyevə ünvanladığı müraciətin ictimailəşməsini xahiş edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yeni-köhnə çağırış!

Cənab Prezident!

AMEA-ya təyinatlarda mənə qarşı böyük haqsızlıq, ədalətsizlik olub. Fizika üzrə təyin olunmuş üç həqiqi üzvün (T.Cəfərov, B.Tağıyev və C.Abdinov) işlərinə cəmi sitatlar mənimkindən 2 dəfə azdır;7 təyin edilmış müxbir üzvün (A.Kazımzadə, Ö.Abdinov, R.Hüseynov, N.Məmmədov və Ə.Nəhmədov: qalan iki nəfər dünyasını dəyışıb) cəmi sitatları mənimkindən azdır. Sizin administrasiyanın şöbə müdiri F.Abdullazadənın həyat yoldaşı O.Ələkbərov baza fizika təhsili olmayan, adı dəfələrlə plagiatda hallanan N.Məmmədovu Fizika İnstitutunun rəhbərliyinə təyin etdirəndən sonra xaricdə dərc olunmuş məqalələrin sayı 30 faiz azalıb! O.Ələkbərov onu təyin etdirib kı, “bu camaatı şillə-təpiklə idarə etsin”. Qeyd edim ki, Prezident yanında Elmin İnkişafı Fondu 2010-cü ildən bəri elmə qoyduğu maliyyənin az qala üçdə birini N.Məmmədovun adının keçdiyi layihələrə ayırıb. Dövlət Neft şirkətinın elm fondu da onu ən azı iki dəfə maliyyələşdırıb. İndi də AMEA Rəyasət Heyəti bu sıraya qoşulub. Doğrudur AMEA Fizika İnstitutundan başqaları da qrantlara “layiq” görülüb. İstinasız olaraq onların hamısı N.Məmmədov –O.Ələkbərov cütlüyünün razılığı ilə bu qrantlara “təyin” edilib. O.Ələkbərovun özü də dəfələrlə EIF qrantlarına “layiq” görülüb. Yeri gəlmışkən, O.Ələkbərov Radiasiya Problemləri İnstitutuna direktor təyin etdirmək istədiyi elmi işçini (O.Səmədov) öz laboratoriyasında da işə qəbul etdirib (yəqin ki, yarımştat) və 2014 –cü ilin sonunda ona EİF-dən 100 minə yaxın qrant ayırıb. Məlumdur ki, F.Abdullazadə EİF-in Himayədarlar şurasının üzvüdür! Yəqin ki, O.Ələkbərovun özü də layihədə icraçı kimi iştirak edir. O.Səmədov da elmə çox cüzi sitat gətirənlərdəndir. O.Ələkbərov yuxarıda qeyd edilən Ə.Nəhmədovu ona məqalələr yazdığına görə müxbir üzv təyin etdirib. Həyatın istehzasına bax ki, 20 ildir Almaniyada yaşamağına baxmayaraq onun elmə gətirdiyi sitatların sayı cəmi 50-dir; mənimkindən düz 11 dəfə az. Görəsən illərdir Azərbaycana ayağı dəyməyən bu adam başqasının haqqını yeməyə niyə belə meyillidir! Axı o, elmi ictimaiyət arasına necə çıxa bilər. Axı “Məni O.Ələkbərov zorla gətizdirib”deməklə problem həll olunmur. Görəsən elmlər namizədi olan O.Ələkbərov hansı əsaslarla cəmi iki il əvvəl müdafiə etmış Ə.Nəhmədovun doktorluq dissertasiyasına rəhbərlik edib; özü də tək onun yox. Keçən il isə O.Ələkbərov Ə.Nəhmədovun dissertasiyasını birlikdə kitab şəklində Bakıda çap etdiriblər. Son illər Ə.Nəhmədov Humanitar forumların daimi iştirakçısına cevirilib. Görünür respektabellik naminə onu həm də “Almaniya” lövhəsinin ardından boylandırırlar! Bəlkə onun da ikili vətəndaşlığı var?! Məgər bu fakt “özəl” münasibətlərə dəlalət etmirmi?! Ortalıqda Avropada bəzilərinə verilən qarşılıqlı logistik dəstək və.s kimi fikirlər də var.Diqqət edin cənab Prezident, artıq bütün alim etikasına, məsuliyyət hissinə qarşı bunlarda necə immunitet yaranıb. Heç nəyi veclərinə almırlar; axı arxaları sizin administrasiyaya söykənib!!! Həyat yoldaşının statusundan sui-istifadə edən O.Ələkbərov AMEA-nin bütün işlərinə qarışır, həlledici soz sahibidir.

Ölkədə kütləvi ixtisarların getdiyi bir vaxtda bu nə məsuliyyətsizlikdir ki, birilərinə bir neçə yerdə işləməyə şərait yaradırlar, digərlərini isə işdən qovurlar. Qeyd edim ki, Fizika İnstitutunda belə ışçilərin sayı bəlkə də 100-ə yaxındır. İnstitutda xaricdə yaşanlar, amma elmlə məşgul olmayanlar da var ki, adları ştat cədvəlindədir. Bariz bir nümunə kimi 28 ildir məqalələr dərc etdirməyən, elmə sıfır səviyyəsində sitat gətirən, elmlə məşğul olmayan, faktiki ölkədə yaşamayan, amma laboratoriyaya rəhbərlik edən 76 yaşlı R.Hüseynovu göstərmək olar! Bu həmin R.Hüseynovdur ki, onu sizin rektor qohumunuz hətta müxbir üzv təyin etdirib. Bu necə sosial ədalətdir axı?! XXİ-ci əsrdə bu cəmiyyəti qədim Romadakı özbaşınalıqlara sürükləyirlər! Özü də kimlər!

Cənab Prezident!

Məgər siz elm fondlarını yaratdınız ki, onların büdcə portfelinin açarları N.Məmmədov–O.Ələkbərov tandeminə təqdim edilsin. Məgər onlar bu fondları özəlləşdiriblər?! Bu cütlüyə, onların istədikləri şəxslərə milyonlar ayırılır. Nəticə isə göz qabağındadır! Bir neçə ilə xariçdə dərc edilmiş məqalələrin 30 faiz azalması!!!. Səbəb isə çox sadədır: qrantlar belnəlxalq meyarlardakı kimi elmə gətirilən sitatlara görə yox, elmsizlərə təyin edilir. Belə yanaşma iş görə bilənləri işdən usandırır, onları ruhdan salır, tam potensialları ilə işləməyə imkan vermir. Elmsizlər belə başa düşür ki, qrantı elmə töhfəyə görə vermirlər! Ona görə də yüzminlərlə qrant alırlar, amma artıq məqalə belə dərc etdirə bilmirlər. Axı arxalarına görə kimdir onlardan hesab soran, hesabat tələb edən?!.Səciyyəvi bir nümunə: yenə sizin rektor qohumunuz 82 yaşlı B.Tağıyevi həqiqi üzv təyin etdirib. O Fizika İnstitutunda və Milli Aviasiya akademiyasında saysız-hesabsız vəzifələr tutur. Onun oğlu Ö.Tagıyev isə Moskva Dövlər Universitetinin Bakı filialının prorektoru, Fizika İnstitutunda laboratoriya rəhbəri və s. vəzifələrdə çalışır. Deyilənlərə görə rektor qohumunuz atası ilə bərabər həm də O.Tagıyevi öz siyahısına salmışdı. Baxmayaraq ki, ata-bala ömür boyu eyni mövzu ilə məşğul olublar, eyni məqalələrə müəlliflik ediblər, dissertasiya istehsalında və s. eyni kodeks sərgiləyiblər! B.Tağıyev uzun –uzun illər İnstitutun həmkarlar ittifaqının sədri, direktor müavini (faktiki isə direktor) vəzifələrində çalışıb.
Görünür bu kimlərəsə hansısa səbəblərdən sərf edir ki, ata-balaya ağıllina belə gəlməyən şərait yaradıblar!!! Ən son anda nə isə alınmayıb!!!. Bu ata-bala tandemi EİF-dən dəfələrlə qrant alıblar, nəticələri isə əsasən köhnə tanışların hesabına Rusiyada dərc elətdiriblər. Cüzi sitatları var. Məsələn, həqiqi üzv təyin olunmuş B.Tağıyevin sitatlarının sayı mənimkindən 5 dəfə azdır! Maraqlıdır ki, ata-bala tandeminin himayədarı həm də ikili vətəndaşlığı olan, amma elmə sitatları əsasən öz-özünə istinadlardan ibarət olan bir neçə nəfərin də təyin edilməsinə söz veribmış. Elə adamların seçkidə belə iştirakı ölkənin əsas qanuna daban-daban ziddir.
Təyin edilmış digər həqiqi üzvün –T.Cəfərovun da sitatlarının sayı mənimkindən 4 dəfə azdır. O da əsasən AMEA Rəyasət heyəti tərəfindən ilbəil yüzminlərlə qranta “layiq” görülüb.
Baza fizika təhsili olmadan fizika ixtisası üzrə müxbir üzv təyin edilmiş N.Məmmədovun işlərinə sitatların az qala yarısı bir azərbaycanlı alim tərəfindən edilmişdir. Hətta onları da nəzərə alsaq onun sitatları mənimkindən 2 dəfədən azdır. Maqarlıdır ki, onun məqalələrinin əksəriyyəti konfrans materialları kimi dərc olunub. Görəsən bu necə konfransdır ki, bir konfrans materialında bir adamın 8-9 təqdimatını çap etdirir. Acı gülüş gətirən bir faktı da qeyd etmək istəyirəm. 2014 –cü ilin nəticələrinə görə bu adam il ərsində bir neçə konfransda 36(!!!) konfrans materialı dərc etdirib. Bu ayda 3 material deməkdir! Bu konfranslarda xaricdən də alimlər olur. Bəs o alimlər Azərbaycan elmi haqqında, elmi mühit haqqında nələr fikirləşərlər?! Bu adamın başqasının əməyini mənimsəməsi elə bu faktlardan açıq-aydın görünürmü?!. EİF-dən başqa laboratoriya üzvlərinə də qrantlar ayırtdırır, onlar isə bu adamın adını həmmüəllif kimi qoşurlar. İşin ilginc tərəfi ordadır ki, bir çox hallarda N.Məmmədov o işlərlə məşgul olmayıb, sahəsinə aid deyil və s.
Onun başqalarının işlərinə həmmüəlliflik etməsi artıq aludəçilik halını alıb. O, gah topoloji izolyatorlara aid məqalələrə həmmüəlliflik edir, gah AMEA Rəyasət Heyətində ona qətiyyən aidiyyəti olmayan kristalloqrafiya sahəsində bir təqdimatda həmməruzəçi kimi çıxış edir, gah da doktorluq dissertasiyaları hazır olmuş alimlərə məsləhətçilik edir. Görəsən baza fizika təhsili olmayan bir adam hansı əsaslarla Fizika İnstitutunda olan 4 müdafiə şurasına rəhbərlik edir. Maraqlıdır ki, belə bir adam həm də Rusiyadakı Nüvə mərkəzindəki Azərbaycan alimlərinin koordinatoru vəzifəsinə də təyin olunub. Görünür növbəti hədəf CERN-dəki koordinatorluq vəzifəsidir. Azərbaycan hər il hər iki quruma yüz minlərlə vəsait ayırir ki, alimlər orada təcrübə keçə bilsin. Hər iki vəsifəni əvvəllər keçən il müxbir üzv təyin edilmış Ö.Abdinov tuturdu. Görünür onun təyinatında belə “üzüyolalıq”, “məsləhətə qulaq asmaq” da rol oynayıb.Bəzən elmi idarəetmədən məlumatı olmayanlar deyirlər ki, İnstitut direktoru yaxşı mütəxəssis yox, menecer olmalıdır. Məgər menecer çalışmalıdır ki, İnstitutda dərc olunan bütün məqalələrə həmmüəllif olsun?! Fizika İnstitutunun tarıxındə belə bir presedent artıq olub. Sovetlər İttifaqının dağılmasından əvvəl onilliklər boyu həm İnstituta, həm də AMEA-ya rəhbətlik edən şəxsin vaxtında. Yenə də nəticə göz qabağındadır: Azərbaycan alimlərini sitatsızlıq mərəzi, deyərdim ki epidemiyası məhv edir! N. Məmmədovun menecerliyinə gəlincə, onun necə bir meneger olması isə rəhbərliyi vaxtında xaricdə dərc olunmuş məqalələrin 30 faiz azalması faktindan açıq-aydın görünür.
Bir sözlə, O.Ələkbərov-F.Abdullazadə tandemi ona tam kart-blanş vermişdir: harada maliyyə axını var, ora dərhal elmsizlər tərəfindən nəzarətə götürülməlidir. Bunun nəticəsi isə ortadır: Azərbaycan elmi beynəlxalq standartlara görə dəfələrlə kiçik Ermənistandan belə dəfələrlə geridə qalır. Fərq isə, elmə qoyulmuş on milyonlarla investisiyalara baxmayaraq get-gedə artır, cünki bu milyonlar elmdə baş girləyənlərə, barsız elmi işçilərə ayırılır.
Özü də əvvəllər də qeyd etdiyim kimi, bir insanı AMEA-ya üzvlüklə mükafatlandırmaqdan qabaq, onu vəzifəyə qoymaqdan qabaq ona külli miqdarda qrantlar ayrılır. Bu sanki pul kisəsi əlində bir “sədaqət andı”, “üzüyolalıq” ritualından keçməyə bənzəyir!
Hansısa səbəblərdən illərdir ki, EİF, AMEA Rəyasət Heyəti Ö.Abdinovun adının keçdiyi layihələrə 100 minlərlə qrant ayırır. Guya ölkədə GRİD sisteminin yaradılmasına! Özünün sahəsi elementar zərrəciklər olan bir adamın birdən-birə ahıl yaşında informasiya texnologiyaları sahəsinə transferi çoxlu suallar dögürür. Bu gedişlə tezliklə hamımız onun şahidi ola bilərik ki, məsələn Fizika İnstitutunun direktoru həm də Humanitar İnstitutların rəhbərliyində olsun. Nə qalıb ki! Yeri gəlmışkən fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, ahıl yaşlı “gənc islahatçı” AMEA prezidentinin gördüyü işlər artıq öz bəhrəsini verir. AMEA şəhərciyində AA və analoji seriyalı maşınların əlindən tərpənmək olmur! Əsas məsələ sadə camaatdan seçilməkdir axı!!! Başqa cür elmin nüfuzunu necə qaldırmaq olar axı! Əvvəllər dəfələrlə yazdığım kimi AMEA prezidenti Rəyasət heyətinin iclaslarında az qala gündə bir İnsttitut yaradılması təşəbbüsü ilə çıxış edir! Özü də indiki iqtisadı böhran dövründə. Görünür kimlərəsə direktor, direktor müavini, qısa müddət sonra isə AMEA üzvlüyü vəsiqəsinin paylanması göstərişini alıb! Belə göstərişlər bir qayda olaraq ayrı-seçkilik üzərində bərqərar olur. Belə ayrı-seçkilik hətta AMEA regional bölmələrinin, mərkəzlərinin yaradılmasında da özünü biruzə verir. Sözsüz ki, belə regional qurumların yaradılması bölgələrdə elmin inkişafına, bölgə elminin beynəlxalq inteqrasiyasına kömək edə bilər. Təki elmsizlər,saxtakarlar, səriştəsizlər, iş bacarmayanlar, ayri-seçkilik salanlar bu qurumlarda da meydan sulamasın.Təklif edirəm ki, Azərbaycan elminə, siyasətinə, ədəbiyyatına, mədəniyyətinə dahilər bəxş etmiş Qarabağda da AMEA-nin regional bölməsi yaradılsın.

Yaşı 70-i keçmış Ö.Abdinovun CERN-dəki 3 minlik kollektiv tərkibində iştirakından əvvəl elmi işlərinə sitatların sayı müxbir üzvlüyə onlarla başqa namizədlərdən heç nə ilə fərqlənməyib. Adam ona qətiyyən aid olmayan nəticələri özününküləşdirərək gözə kül üfürməklə məşguldur! Digər bir nümunə isə bu yaxınlarda Fizika İnstitutuna İnnovasiya üzrə direktor müavini təyin edilmış Ayaz Bayramovdur. Maraqlidir ki, AMEA Rəyasət Heyəti onun layihələrinə milyon yarıma qədər maliyyə ayırmışdır. Görülən işlərə isə hətta şişirdilmiş data bazası olan scholar. google.com- da belə cüzi sitatlar var. Milyonlar yeyilir, nəticə isə yoxdur! Qey edim ki, onun həmmüəlifi olduğu iş haqqında plagiat iddiaları çoxdandır ki, dillər əzbəridir.Həmin işə isə EİF 3 milyon yarım vəsait ayırmışdı. Bu bir neçə milyonluq qrantda və plagiatda direktor N.Məmmədovun da adı keçib. Daha doğrusu o, layihənin faktiki rəhbəri olub.
Danışığını bilməyən, özünü belə idarə edə bilməyən, amma böyük bir kollektivin idarəçiliyi tapşırılan N.Məmmədovun etik normalara sığmayan davranışları barədə əvvəlki müraciətlərimdə dəfələrlə yazdığımdan təkrarçılığa yol vermirəm. Əlbəttə onun belə davranışları (söymək, təhqir etmək, hədələmək, təxribata şəkmək, şərləmək istəyi və s.) ona O.Ələkbərov vasitəsi ilə çatdırılmış xüsusi bir mesajdan da yarana bilər. Axı gözüm-çıxdıya salınmış, başı aşağı toplumu daha asan idarə etmək olur!
Cənab Prezident! Son zamanlar siz tez-tez təkrarlayırsınız ki, məmurlarınız xalqın xidmətçisidir; özünüzü isə xalqın birincı xidmətçisi adlandırırsınız. Sual olunur ki, bu məmurlar necə xidmətçidirlər ki, onlar camaatı yuxarıda sadalanan üsullarla idarə edirlər. Deyəsən bunlar üsyankar, xidmət elədiklərinə sayğı göstərməyən xidmətçilərdir! Məmurlarınız sizinlə xalq arasında bufer təşkil edir. Bəlkə onlar sizin dediklərinizi sadə camaatın başa düşmədiyi tərzdə daha “dərin” interpretasiya edirlər?!

Cənab Prezident!

Müxbir üzv təyin olunmuşların arasında BDU-nun prorektoru, kafedra müdiri, həm də Fizika İnstitutunun əməkdaşı A. Kazımzadə də var. O da digər təyin olunmuşlar kimi 14-15 ildir ki, qrantlara “layiq” görülür. Əsasən də Dünya Bankından təhsildə islahatlar aparmaq üçün! Onun təyin olunmasının digər bir səbəbi isə alfa klanın dominantlığının saxlanılması ilə bağlıdır. Sıfır sitatla həqiqi üzv təyin olunmuş C.Abdinov da həmin alfa klanın cərgəsindədir.

Tənqidi müraciətlərimə görə N.Məmmədov–O.Ələkbərov tandemi tərəfindən təqib olunmağım davam edir. Hüqüqumu tapdalayanlar, haqqımı yeyənlər indi də aldığım qəpik-quruşa göz tikiblər.Noyabrda töhmət, dekabrda hamıya verilən mükafatın kəsilməsi... İndi isə...dekabrın axırında EİF 2014-ci ilin əsas qrant müsabiqəsini elan edib. Müxtəlif bəhanələrlə mənim işçilərimlə müsabiqədə iştirakıma maneçilik törədilib. Belə ki, əsassız yerə tələb edirlər ki, bu məsələyə AMEA-nın müvafiq bölməsi razılığını verməlidir. Zəng edirəm EİF-ə, ordan deyirlər ki, o tövsiyyə yalnız böyük həcmli qrantlar üçündür. Əsassız yerə deyirlər ki, biz layihədə yazılanlara baxmalıyıq. Əsassız tələblərə etirazımı bildirdikdə isə direktor işin gələcəkdə qalib layihə olduğu halda İnstitutda yerinə yetirilməsinə dair razılıq məktubunu imzalamadı. Fevral ayından isə maaşımın 25 faiz kəsiləcəyi haqqında xəbərdarlıq almışam. N.Məmmədov dissiplinadan danışır, amma hamının davamiyyət listinqini açıqlamaq istəmir. O biri tərəfdən ciddi dissiplinanı yaradıcı işlə üzlaşdırmaq məhsuldar yanaşma deyil.Bu o deməkdir ki, yuxarıda qeyd olunan maaş azalması selektiv şəkildə çox cüzi sayda alimlərə- N.Məmmədov–O.Ələkbərov tandeminin sıxışdırmaq istədiklərinə tətbiq ediləcək. Görünür bu iqtisadı blokada həm də daha ciddi təqiblərin anonsudur!
Qrantların da AMEA üzvlüyü kimi tandem və himayədarları tərəfindən təyin olunduğunu və mənim ömürboyu bir iş yerimin olduğunu nəzərə alsaq mesaj kifayət qədər aydındır. Siz heç düşündünüzmü ki, bu iş yarıtmazlar niyə elmə ən çox sitat gətirənlərdən birini belə təqib edirlər! Bilirsinizmi niyə?! Cünki sizin susmağınınızı, hərəkətsizliyinizi, tədbir görməməyinizi (hər halda mən indiyə kimi belə düşünmüşəm) onlar təqib üçün göstəriş kimi qəbul edirlər!Məmurlarınızın harınlamışlığının dərəcəsini görürsünüzmü, cənab Prezident! Mən sizə müraciət etmırəm ki, mənə EİF-dən qrant almağa kömək edəsiniz! Əsla! Mən sizə müraciət edirəm ki, məmurlarınızın, onların himayədarlarının özbaşınalığına, qanunsuzluqlarına son qoyasınız, AMEA-ya təyinolunmaların nəticələrini ləğv edəsiniz, yeni seçkilər keçirəsiniz! Təyinolunmuşların arasında sizin ən yaxın qohumlarınızın, onların təyin etdirdiklərinin olmasına belə baxmayaraq!
Yeri gəlmişkən qeyd edim ki, N.Məmmədov –O.Ələkbərov tandemi mənim 2013-cü ildə EİF-ə təqdim olunmuş layihəmi “məğlub” etdilər. Təsəvvür edin ki, on dörd təmiz (yəni ölkələr arasında ikitərəfi əlaqələr əsasında olmayan) beynəlxalq qrant almağıma baxmayaraq ( o cümlədən 30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlıyam), Elmin İnkişafı Fondundan mənim layihəmə “yox” dedilər!

Cənab Prezident!

Azərbaycan elmini ona qənim kəsilənlərdən xilas edin! İş yarıtmazların dövlət büdcəsini dağıtmasına son qoyun! Dövlət büdcəsini öz cibi ilə dəyişik salanlar haqqında tədbir görün! Bildirmək istəyirəm ki, bu ölkə həm də bizim vətənimizdır. Sizin borcunuz isə hüqüqları pozulmuş vətəndaşı müdafiə etməkdir. Məgər ölkənin elm fondlarının vəsaitləri alfa, beta, lambda, yota və s. klanlarının qabiliyyətsiz üzvüləri arasında pay-püş olmalıdır! Əgər o üzvlər elmə mənimki ilə müqayisə olunan sitatlar gətirsəydilər, yenə dərd yarıydı. Axı heç o da yoxdur ortada! 22 ildir ki, mən öz dolanışığımı faktiki olaraq xarici universitetlərdən aldığım qrantlar əsasında təmin edırəm. O qrantların cərçivəsində 9 il Yaponiyanın, Avropanın, Böyük Britaniyanın Universitetlərində işləmışəm. Axı mən niyə öz ölkəmdə işləməməliyəm!
Hesab edin ki, mən xaricə köçub orda daima yaşamaq istəmirəm. Birdə ki, biz niyə bu meydanı şəristəsiz, bacarıqsız, elmi tənəzzülə aparanlar üçün boşaltmalıyıq ki, bu meydanda Xlestakov, Şeyx Nəsrullah, Ostap Bender xislətli adamlar at oynatsın?!
Əvvəllər ölkənin imkanları məhdud idi. Bəs indi? Siz niyə imkan verirsiniz ki, elmə töhfə verməyən adamlar davamlı olaraq müxtəlif mükafatlarla, akademik titulları ilə, qrantlarla mükafatlandırılsın. Məgər sizə mənim müraciətlərim haqqında məlumatlar verilmir?! Bu nə cür idarəçilik üsuludur ki, bir elmi işçinin sizə mətbuat, sifarışlı poçt, teleqram, saytlar, saytınız, administrasiyanızın elektron poçtu ilə etdiyi MİNƏ yaxın müraciətdən biri haqqında informasiya təqdim olunmayıb.
Elmi fəaliyyətdə elmə sitat gətirənlərı mükafatlandırmaq lazımdır, sıfır və ya cüzi sitat gətirənləri yox!!! Bu yanlış yanaşmanın nəticəsidir ki, beynəlxalq qiymətləndırmə sistemində Azərbaycan ən kiçik qonşularından belə dəfələrlə geridə qalır. Məgər bu göstəricilər kifayət deyilmi ki, 22 ildir aparılan elm siyasətinın yanlışlığı etiraf edilsin! Keçən əsrin axırlarından yüksək vəzifədə olan F.Abdullazadə dünyada qəbul edilmiş elmi qiymətləndirmə meyarlarının tətbiqində qətiyyən maraqlı görünmür. Eyni ilə də elmi yeniliklərin düzgün qiymətləndirilməsində də. Bu. uzun müddət vəsifədə olmuş adamın süstləşməsi, təbii proseslərlə də bağlı ola bilər.
Yenə də müracıət edirəm ki, AMEA-ya təyinolunmaların nəticələrini ləğv edin, yeni seçkilər keçirin; N.Məmmədov-O.Ələkbərov tandeminə və himayəçilərinə qarşı təcili tədbirlər görün. Sizə dəfələrlə yazmışdım ki, seçki saxtakarlarının cəzasız qalması, nəticələrin ləğv olunmaması onları digər qanunsuzluqlara da təhrik edəcək. Budur, hər şey ortadadır:yeyilən haqqımın özümə qaytarılması üçün Sizə müraciətlər edirəm, nəticədə yeni təqiblərlə üzləşirəm!!!