backend

Obama Putini bitirəcək - Rusiyadan həyacanlı siqnallar gəlir

Obama Putini bitirəcək - Rusiyadan həyacanlı siqnallar gəlir




















Rusiya Maliyyə Nazirliyinin yaydığı açıqlamada, mühüm hissəsi neft gəlirlərdən yaradılan ehtiyat və milli rifah fondlarının bir ay ərzində 10-20 faiz həcmində azaldığı bildirilib

Yayılan açıqlamada, neft qiymətlərinin düşməsi və gəlirlərin azalması səbəbilə fondlardan ayrılan xərclərin artmağa başladığı qeyd olunub.

1 AYDA 10 MİLYARD DOLLAR DÜŞÜB

Açıqlamada həmçinin, fevralın 1-də 85 milyard dollar olan ehtiyat fondunun, martın 1-də 75,7 milyard dollara düşdüyü bildirilir . Milli rifah fondu da 10 faiz azalaraq martın 1-də 73,6 milyard dollara düşüb.

2009-cu ildə 137,3 MİLYARD DOLLAR

Rusiya Federal Statistika Xidmətinin məlumatlarına görə, 2009-cu ilin fevralında ehtiyat fondundakı pulun məbləği 137,3 milyard dollar olmaqla , 2009-cu ilin noyabrında isə milli rifah fondundakı pulun məbləği 93,3 milyard dollara çatmaqla rekord qırmışdı.

EHTİYATLAR BİTİR

Rusiyanın Mərkəzi Bankı ehtiyatları isə 2014-cü ildə 24,4 faizə çatsa da, bu ilin yanvarın 1-dən etibarən 385 milyard dollara düşüb. Ukrayna böhranı səbəbi ilə iqtisadi problemlər davam edərkən, ehtiyatların tədricən əriməsi prosesi gedir.

2013-cü ilin sonunda 510 milyard dollar olan Mərkəzi Bankın ehtiyatları , Ukrayna böhranı və qlobal maliyyə problemləri ilə əlaqəli olaraq əriməyə başlayıb. 2008-ci ilin avqustunda 598,1 milyard dollarla rekord qıran Mərkəzi Bankın ehtiyyatları, qlobal maliyyə böhranı səbəbilə 2009-cu ilin martında 376 milyard dollara düşmüşdü. Ekspertlər Ukrayna böhranından sonra, bu ehtiyyatların daha da gerilədiyini bildirirlər.

Qeyd edək ki, Rusiyanın Milli Bank ehtiyatları dollar, avro, qızıl və sairədən formalaşır.

Qlobal maliyyə böhranından sonra, iqtisadiyyatında düşmə yaşanan Rusiya, Ukrayna böhranı ilə əlaqədar, ABŞ və Qərb dövlətləri tərəfindən iqtisadi sanksiyalara məruz qalıb(Avropa.info).