backend

Azərbaycanlı baş həkim öldürüldü

Azərbaycanlı baş həkim öldürüldü




















Dünən Dərbənd rayonunda öldürülən baş həkim Nesur Osmanov milliyyətcə azərbaycanlıdır

Bu barədə Axar.az-a Dərbənddəki mənbədən məlumat verilib.

Mənbə baş həkimin qisasçılıq zəminində öldürülmə ehtimalının olduğunu bildirib:

“Nesur Osmanovun qardaşı Hacı Osmanov Dağıstan Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşıdır. O, bir müddət öncə milliyyətcə ləzgi olan şəxsi pul üstündə qətlə yetirmişdi. Bundan sonra Hacı Osmanovu həbs etdilər. Daha sonra Nesur Osmanov öz əlaqələri vasitəsilə öz qardaşını həbsdən qurtarmaq istəyirdi. Həmin qətlə yetirilən şəxsin qohumları bu işə öz etirazlarını bildirirdilər. Ola bilər ki, məhz buna görə baş həkim öldürülsün”.

Qeyd edək ki, Nesur Osmanov Dərbənd rayonundakı poliklinikalardan birinin baş həkimi idi. O, dünən evə qayıdan zaman naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Baş həkimin ölümü ilə bağlı cinayət işi qaldırılıb.