backend

Bakıda yaşlı qadına qarşı iyrənc hərəkət

Bakıda yaşlı qadına qarşı iyrənc hərəkət






















Polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır

Bakıda 58 yaşlı qadını döyərək pulunu aparıblar.

qaynarxett.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində, Cahangir Cahangirov küçəsi döngə 1, ev 5-də qeydə alınıb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Narözə Xıdır qızı Məmmədovanın yaşadığı mənzilə daxil olan iki naməlum şəxs onu döyərək 2500 manat pulunu aparıblar.

Polisdən N.Məmmədovanın xırda ticarətlə məşğul olduğu bildirilib. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.