backend

ABU-nun rüşvətxorluqda təqsirləndirilən dekanının cəzası azaldıldı

ABU-nun rüşvətxorluqda təqsirləndirilən dekanının cəzası azaldıldı

















Bakı Apelyasiya Məhkəməsində fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültəsinin dekanı olmuş Xudayar Həsənovun apelyasiya şikayətinə baxılıb

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edərək onun cəzasını 2 il azaldıb.

Qeyd edək ki, X.Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2 və 311.3.3 (rüşvət alma) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xudayar Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib.