backend

“Ərəblər başı kəsilməli millətdir”

“Ərəblər başı kəsilməli millətdir”




















“Evimiz-İsrail” partiyasının sədri Liberman keçirdiyi seçki mitinqində ərəbləri başı kəsilməli millət adlandırıb:

"İsraildə yaşayan ərəblərdən bizim yanımızda olanlar hər şey əldə edəcəklər, amma bizə qarşı olanların başını baltayla kəsmək lazımdır. Yoxsa bu torpaqlarda İsrail deyə bir şey qalmaz".

Liberman, "Nəqbə günü (Fəlakət günü deməkdir. Fələstinlilər hər il 15 mart tarixində İsrailin qurulmasının yasını tuturlar) Fələstin bayrağı qaldıranlar buradan getsinlər. Mən onları Əbu Mazinə (Fələstin Dövlət Başçısı Mahmud Abbas) hədiyyə etməyə hazıram. Və bundan böyük məmnuniyyət duyaram" deyə çıxışına davam edib.

İsrail ilə Fələstin arasında sülh prosesinə də toxunan Libermana görə iki ölkə arasında sülh mümkün deyil:

“Fələstinlilər sülh istəyirsə bu, ərəb ölkələri, İsraildəki ərəblər və fələstinlilərin birgə qəbul edəcəyi regional bir sülh olmalıdır".

Qeyd edək ki, 1958-ci ildə Kişinyovda anadan olan Avigdor Liberman hal-hazırda İsrailin Xarici işlər naziridir.(strateq.az)