backend

İŞİD öz Facebook-unu yaradır

İŞİD öz Facebook-unu yaradır



















Hələlik orada neçə istifadəçinin qeydiyyatdan keçdiyi məlum deyil

“İslam Dövləti” səhifələrinin bütün sosial şəbəkələrdə blok edilməsi onun tərəfdarlarını şəxsi interent resursu - Сaliphate book-u yaratmağa məcbur edib, Reuters xəbər verir.

Hələlik 5elafabook.com adlanan saytı kimin yaratdığı və orada neçə nəfər qeydiyyatçının olduğu məlum deyil.

qaynarxett.az bu barədə Qazeta-ya istinadən xəbər verir.

5elafabook.com saytının artıq işə başladığı gün işi dayandırılıb.

5elafabook.com-dan verilən məlumatda onun öz fəaliyyətini müvəqqəti olaraq dayandırdığını və bunun “istifadəçiləri barədə informasiyanın və istifadəçilərinin təhlükəsizliyinin qorunması üçün edildiyi” deyilir.

Qeyd edək ki, “İslam dövləti” fəaliyyəti bir çox ölkələrdə qadağan edilən terror təşkilatıdır.