backend

Bakıda qadına qarşı iyrənc hərəkət

Bakıda qadına qarşı iyrənc hərəkət






















Polis əməliyyat keçirib

Bakıda qadını qarət edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 9-da Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Leylaxanım Zeynalovaya zor tətbiq edərək içərisində 97 manatı və 3 ABŞ dolları, habelə sənədləri olan pul kisəsini oğurlayıb.

Bununla bağlı Yasamal RPİ 27-ci PB əməkdaşları əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfsun Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.