backend

Azərbaycanda gecəsi 1000 manata görüşən fahişələrin saytı bağlandı

Azərbaycanda gecəsi 1000 manata görüşən fahişələrin saytı bağlandı






















Qızlar özləri şəkillərini sildiriblər

İnternetdə bir müddət əvvəl yaradılmış və Azərbaycanda eskort-xidmətlərini təklif edən sayt demək olar ki, fəaliyyətini dayandırıb.

qaynarxett.az xəbər verir ki, hazırda sayta daxil olmaq istəyərkən yalnız əsas səhifə açılır və burada əvvəlki kimi sayt haqqında informasiya yerləşdirilib.

Lakin eskort-xidmətlər təklif edən qızların fotoşəkillərinin, qiymətlərin və xidmətlər haqqında digər məlumatların olduğu bölmə artıq yoxdur.

Bəzi məlumatlara görə, həmin xidmətləri göstərən qızlar qohumlarının təzyiqi ilə üzləşdikdən sonra sayt administrasiyası ilə əlaqə saxlayıb və fotoları silməyi xahiş ediblər.

Öz növbəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Oxu.Az-a bildirib ki, bu məsələ ilə bağlı araşdırma aparılır:

“Biz hüquq-mühafizə orqanlarına müraciət etdik. Müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, bakuescortgirls saytı .com domen zonasında yaradılmışdı. Bunu anlamaq olar: Azərbaycanın .az domen zonasında işləyən qanunları intim xidmətləri, yəni fahişəlik xidmətlərini təklif edən saytları qəti şəkildə qəbul etmir.

Həmçinin saytda eskort-xidmətlərin qiymətləri də göstərilmişdi. Belə ki, qızlardan biri ilə görüşün 1 saatının qiyməti 300 manatdır. 2 saatın qiyməti 450, 4 saatın qiyməti isə 600 manat təşkil edir. Qızlardan biri ilə gecə keçirmək 1000 manata, qızı 24 saatlıq məşğul etmək isə 1500 manata başa gələcək. Bundan başqa, saytda qiymət endiriminin mümkün olmadığı göstərilir, necə deyərlər “aşağı yeri yoxdur”.

Saytın “Haqqımızda” bölməsində isə aşağıdakılar yazılmışdı:

“Bir neçə saatlıq əylənmək istəyirsiniz? Siz gözəl qızın eskort xidmətlərini birbaşa otelinizə sifariş verə bilərsiniz. O, sizinlə istədiyiniz qədər qalacaq və sizə unudulmaz birgə istirahət bəxş edəcək”.

Qeyd edək ki, Vikipediyanın yazdığına görə, eskort-xidmətlər müştərinin müvafiq imicinin formalaşdırılması üçün onun görüşlərdə, istirahətlərdə müşayiət olunması deməkdir. Əksər hallarda eskort-xidmətlər adı altında gizli fahişəliklə məşğul olurlar.