backend

Zaur Ramazanovun imzası ilə saxta məktub yayılıb – FOTO + YENİLƏNİB

Zaur Ramazanovun imzası ilə saxta məktub yayılıb – FOTO + YENİLƏNİB






















“Bakı meriyası mitinqlə bağlı cavabı hələ hazırlamayıb”

Milli Şuranın 15 mart mitinqinə qarşı təxribata yol verilib. Facebook-da və saytlarda Bakı Şəhər İcra Hakimiyyətinin iactimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə 15 mart mitinqinə razılıq verilmədiyinə dair məktub yayılıb.

qaynarxett.az xəbər verir ki, Azadlıq.info-nun məlumatına görə, Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı bununla əlaqədar bildirib ki, həmin məlumatı görən kimi Zaur Ramazanovla əlaqə saxlayıb.

Zaur Ramazanov deyib ki, onun imzası ilə yayılan həmin məktub saxtadır.

Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqi ilə bağlı cavabı hələ hazırlamayıb. Cavab hazır olan kimi təşkilatçılara göndəriləcək. BŞİH rəsmisi bu mövzuda təşkilatçıların xəbəri olmadan yayılan istənilən məlumata inanmamağı məsləhət görüb.

13:19

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verməyib.

qaynarxett.az xəbər verir ki, Musavat.com-a rəsmi cavab məktubunun surəti daxil olub.

Orada Bakı Şəhər İcra Hakimiyyəti adından yazılır ki, mitinqin keçirilməsi məqsədə müvafiq deyil. Cavab məktubunu Zaur Ramazanov imzalayıb.

Məktubda bildirilir ki,Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən “Məhsul” stadionunda təmir-tikinti işləri davam etdiyindən 15 mart tarixində həmin ərazidə mitinq keçirilməsi məqsədəuyğun deyil.

Zaur Ramazanovun imzası ilə saxta məktub yayılıb – FOTO + YENİLƏNİB