backend

Həm toylara, həm də yaslara icazә olacaq

Həm toylara, həm də yaslara icazә olacaq






















Azad Rəhimov Olimpiya stadionunun çökməsi xəbərinə aydınlıq gətirdi

Gənclər və idman naziri Azad Rəhimov Bakı Olimpiya stadionunun çökməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin bildirdiyinə görə, Olimpiya stadionunda gözәl işlәr aparılır:

“Stadionda yüzlərlə insan işlәyir. ?gәr hansısa bir problem yaransaydı, heç kim orada işlәmәzdi. Bu xəbərlər Azәrbaycanda keçirilәn Avropa oyunlarına zәrbә vurmaq üçündür. Azәrbaycanda şayiәlәr çoxdur. Bu da onlardan biridir”.

Azad Rәhimov ermәnilәrin Avropa oyunlarında iştirakı ilә bağlı sualı da cavablandırıb. O bildirib ki, Avropanın bütün ölkәlәri Bakıya dəvətlidir:

“Biz bütün komandaları vә onların bura gәlәn idmançılarının sayını izlәyirik. Eşitdim ki, ermәnilәrin yunan-roma gülәşçilәri vә gimnastları Azәrbaycana gәlmәk istәmir. Dünәn Ermәnistan Milli Olimpiya komitәsi dә iclas keçirib vә qәrar qәbul edib ki, ermәni idmançıları Avropa oyunlarında iştirak etmәkdә sәrbәstdir”.

Nazir Avropa oyunları ərəfəsində toy və yaslara qadağa qoyulmasına da aydınlıq gətirib:

“Avropa oyunları zamanı həm toylara, həm də yaslara icazә olacaq. Elә özüm hәmin vaxt toya dәvәtliyәm. Belә şeylәrә uymayın”.