GDU-da baş verən yeni olaylar - ŞOK

1 238

GDU-da baş verən yeni olaylar - ŞOK













Universitetin mətbuat katibi kimdir?

qaynarxett.az-nun elektron poçtuna GDU-dan növbəti şikayət məktubu daxil olmuşdur. Həmişəki kimi “Nöqtə-vergülünə toxunmadan” rublikasında həmin məktubu oxuculara təqdim edirik: “ Hörmətli redaksiya, Gəncə Dövlət Universitetində çox qəribə hadisələr baş verir. Biz həmişə buradakı hadisələrlə bağlə Sizi məlumatlandıracağıq. Növbəti məqaləmizdə rektorun Türkiyənin Antalya şəhərindən məzuniyyəti yarımçıq qoyub geceylə Gəncəyə qayıtmasının səbəblərini, yeni Qara qutu vəzifəsının Asif Cavadovla başqa kimlərin icra etdiyini, universitetdəki korrupsiya ilə dolu yeni kadr islahatlarını, universitetdə rəhbərlikdəki şəxslərin qruplaşmalarını, qış imtahan sessiyasında bütün fakültələr üzrə yığılmış rüşvətin siyahı üzrə dəqiq məbləği, bu məbləğdən Təhsil Nazirliyinə çatan pay, açıq dərs adı altında rektorun komissiyasının müəllimlərdən yığdığı rüşvəti, universitetdə at oynadan Əliqıllı Quliyevin tələbə zorlamaq üstündə keçən məhbəs həyatı, ordan müəmmalı qurtarışı və yenidən pedaqoqluğa qayıtması və bu işlərini davam etdirməsi və onu Yusif Yusibova bağlayan sıcaq münasibətlər haqqında ətraflı yazacağıq. Hələlik lazımi dəqiqləşdirmələr aparırıq.

***

Vaxt vardı, GDU-nun mətbuat katibi olan bu insan cəmi bir neçə ay əvvəl Gəncə Dövlət Universitetində Yusif Yusibovun rüşvətə əsaslanan üsuli-idarəsinə qarşı açıq etiraz edirdi, haqq səsini ucaldırdı. Amma indi... Rüşvətin, korrupsiyanın olduğunu təkzib edir. “Feysbuk” səhifəsində paylaşdığı şeirlərini bir daha ona xatırlatmaq qərarına gəldik. Adamdır, bəlkə yaddaş problemi var, bəlkə yaddaşı
pozulub. Qoy yadına salsın.

***


Maqbet Əhmədov
25 Haziran • Düzenlendi
BAŞINA KÜL TÖKÜB AĞLAMALISAN

Pambıqla götürüb başlar kəsəsən,
Bu haqqı kimsəyə millət verməyib.
Baxan hara baxır, baxana əhsən!
Bazar belə bazar hələ görməyib.

Yetimin başı var, yetim nə gündə,
İçinin dərdini bir görəni yox.
Tənbəl qiymət alır, əli cibində,
Savad ha bağırır, hay verəni yox.

Söndü qeyrətinin alovu, odu,
Çürüdü dirəklər, laxlamalısan.
Axsaq başa keçir, a yazıq GDU,
Başına kül töküb ağlamalısan.
3 Paylaşım Beğen • • Paylaş
• Ziyafet Bayramova ve 8 kişi daha bunu beğendi.

***

Maqbet Əhmədov
24 Haziran
MƏZUNLARLA DƏRDLƏŞMƏ

Dinə də bilmədiz hər görüşəndə,
Bu bina məbəddir, bura ocaqdır.
Müəllim şərəfi yada düşəndə,
Bilirəm pıçhapıç başlayacaqdır.

Üz-üzə durduqca acı həyatla,
Gör neçə yaranı dəlib, deşmişik.
Hardansa tapdığnız beş-üç manatla,
Biz də bircə günlük “kişiləşmişik”.

Təpindik oxuyun, yalanlar dedik,
Adicə insafı qıymadıq sizə.
Vicdandan hay vurduq, nələr söylədik,
Baxdıq utanmadan gözləruinizə.

Sıyırdıq qılıncı, düşdük üstünə,
Saymadıq qeyrətin öləcəyini.
Saldıq əlimizlə qara bir günə,
Millətin savadlı gələcəyini.

Tələbə adıyla yol gəldiniz siz,
Nəyiniz qaldı ki, bir addan başqa.
İtirdi inamı qədəmləriniz,
Nələr öyrətmədik savaddan başqa.

Atın qəlbinizdən kin-küdurəti,
Atın çürük daşı təməlinizdən.
İnsanı ucaldan mənlik qüdrəti,
Xəcalət çəkməsin əməlinizdən.
1 Paylaşım Beğen Beğen • • Paylaş
10 kişi daha bunu beğendi.

***

Maqbet Əhmədov
24 Haziran • Düzenlendi
TƏLƏBƏ QIZLA DƏRDLƏŞMƏ

Gecəli-gündüzlü kitab oxudun,
Göydən zənbil ilə yerə düşən qız.
Söylə cəmi neçə ilmə toxudun,
İlmələr içində tez ilişən qız?

Yoxsa ürəyincə olmadı bu iş,
Doğma məktəbində yoxsa qəribsən?
Tələbə ləzzəti dördcə ay imiş,
Tələbə adından üz döndəribsən.

Bir qofta görmüşdün sözün doğrusu,
Ümid yağışını özün yağırdın.
Yemək də yeməzdin qarın dolusu,
Qəpiyin üstünə qəpik yığırdın.

Hər şeyin “nırxı” var, pozmamaq üçün,
Qəpik-quruşunun açıldı qatı.
Başına fırladın “üç” almaq üçün,
Həsrətlə baxdığın əlli manatı.

Oxudun, haqqını aldınmı, gülüm?
Gördün? Gördüyünə əsarətim yox.
Bu da bir dünyadır, daha, nə bilim,
“Oxuyun” deməyə cəsarətim yox.
2 Paylaşım Beğen Beğen • • Paylaş
Sudaba Mamedova, Ruslan Qocazade ve 12 diğer kişi bunu beğendi.

***

Maqbet Əhmədov
59 dakika önce
AY CAN, AY CAN

Bu testi çıxardanın... rahat-hülqum, vay dədə,
Qiymət alıb qurdular özgə cürə vay, dədə,
Yarı etdik yazılı, yığ pulları say, dədə,
Get tələbə, di hoppan, hop etdin, ay can, ay can,
Daha bəsin deyilmi, gop etdin, ay can, ay can?

Sualları verirdik, oxuyur, hazırdılar,
Hansı sual düşsə də cavabı yazırdılar,
Nə planlar qururduq, xətt çəkib, cızırdılar,
Suallar ləğv olundu, kef-damaq ay can, ay can,
Tələbənin cibinə gəl cumaq, ay can, ay can.

Nə borcuma, kasıbdır, təhsil haqqı verənmir,
Dədəsi dörd fırlanır, rahat yuxu görənmir,
Niyə balıq istəyir, əgər suya girənmir?
Pul almaqda kim tapar tayımı, ay can, ay can,
İndi bəri sürüşdür payımı, ay can, ay can.

GDU deyil, dəryadır, xəzinədə dağdı dağ,
Tələbə süd mənbəyi, qoy sərnici, sağ ki, sağ,
“Əla” almaq istəyən bir yüzlükdür, cağbacağ,
Kim deyir bizdə tamah baş yarar, ay can, ay can,
Sussa əgər tələbə , daş yarar, ay can, ay can.
Beğen• • Paylaş
• 2 kişi bunu beğendi.

***

Maqbet Əhmədov
14 saat önce • Düzenlendi
RƏHBƏRLİYİN ŞİKAYƏTÇİ TƏLƏBƏYƏ NƏSİHƏTİ

Bir buna bax, buna bax, söz deyirsən öc gedir,
Yoxsa bunun beyninə bəzi sözlər gec gedir,
Yığıb beş-on nəfəri, biz deyənə kəc gedir,
Hər nə desən səbrimiz sona yetməz, ay bala,
Adam başından yekə qələt etməz, ay bala.

Pul deyirlər, əl çirki, ver, təmiz olsun əlin,
Ləzzəti də fısqırıq, uzundan uzun dilin,
Belə olmaz imtahan, eşidin,” hazır” gəlin,
Ağlı olan dinc durar, küyə getməz, ay bala,
Adam başından yekə qələt etməz, ay bala.

Oxuyubsan dərsini? Babana rəhmət sənin,
Oxuyubsan özünçün, çəkdiyin zəhmət sənin,
Minnəti qoy dədənə, bir yağlı töhmət sənin,
Qiymət ağac kimidir, susuz bitməz, ay bala,
Adam başından yekə qələt etməz, ay bala.

Kömpyüter maşallah, səhv yazan da beş alır,
Bir boylan yan-yörənə, hamı necə ayılır,
Pul verib qiymət almaq ən yaxşı yol sayılır,
Sən də eylə yaxşılıq, vallah itməz, ay bala,
Adam başından yekə qələt etməz, ay bala.
•Beğen • Paylaş
• 9 kişi daha bunu beğendi

***

Maqbet Əhmədov
yaklaşık bir saat önce
NECƏDİR SƏNİNÇÜN

Təqaüd artdı yenə,
Çağır gəlsin bavasını.
Texnika tez biçinə,
Atın getsin yavasını.
Kef bizim, çaldır görək,
Bir ləzginka havasını.
Mən ölüm, gəl yığışdır,
Qəpik-quruş davasını.
Ləğv edin sarışını,
Topla gülüm narışını.
Necədir səninçün?

Dövlətin qayğısıdır,
Tələbənin artdı pulu.
Bu qayğı şəkk eləməz,
Tələbəyə çatdı pulu.
Tələbə, can tələbə,
Mücrüsünə atdı pulu.
Əvvəl-axır dolanıb,
Bankımıza qatdı pulu.
Ləğv edin sarışını,
Topla gülüm narışını.
Necədir səninçün?

Yazanlar gör nə yazır,
Adamda bir abır olar.
Demirik oxumasın,
Qoy oxusun gül balalar.
Təhsillə pul işinin,
Bir-birinə nə dəxli var?
Pul verir qiymət üçün,
Vaxt yetişər pul qoparar.
Ləğv edin sarışını,
Topla gülüm narışını.
Necədir səninçün?
Qeyd:
Sarışın-əllilik
Narışın-yüzlük
BeğenBeğen • • Paylaş
• 5 kişi bunu beğendi.

***

Maqbet Əhmədov
16 saat önce
İMTAHANDI, AY AMAN

Elə yerdə qalmışam, odla suyun arası,
Gecə-gündüz oxudum, getdi gözün qarası,
Ya gözümün qarası, ya dədəmin parası,
Düşdüm özgə bəlaya, nənəm yandı, ay aman,
Ay bərəkallah deyin, imtahandı, ay aman.

Hərə bir yerdən cumur, hədə-qorxu, dinmə, ver,
Yol öyrətdik dedilər, yol-izindən dönmə, ver,
Tələbə pul deməkdir, bu şərəfdən enmə, ver,
Vicdandan dəm vuranlar nə tez dandı, ay aman,
Ay bərəkallah deyin, imtahandı, ay aman.

Hələ sütül, südəmər biz millətin balası,
Gör nə günə qalmışıq, kim kimdən nə alası,
Millətin də haqladı axır bizi bəlası,
Dərdimizi nə olsun yadlar qandı, ay aman,
Ay bərəkallah deyin, imtahandı, ay aman.
•Beğen • Paylaş
• 15 kişi daha bunu beğendi.

Etibar Kerimli muellifi sizsiz, muellim?)
16 saat önce • Beğen

Maqbet Əhmədov Bəli, qaqam.
16 saat önce • Beğen

Reqşane Abbaszade Ela yazmisiz Maqbet muellim .
6 saat önce • Beğen”

Ardı var