O sərbəst buraxılıbBir müddət öncə baş verən dəhşətli zorlama faktının üstü açılıb.
qaynarxett.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü K.İ bu ilin yanvar ayında zorlandığı haqda martın 5-də Polis İdarəsinə müraciət edib.
O, ifadəsində onu zorlayan şəxsi tanıdığını bildirib və adını açıqlayıb.
Aparılan əməliyyat tədbirləri nəticəsində 14 yaşlı qızı zorlamaqda ittiham olunan Abşeron rayon sakini 1986-cı il təvəllüdlü İ.M saxlanılıb.
Nəsimi rayon Polis İdarəsindən bildirilib ki, həmin şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Araşdırma aparılır.