backend

Sensasiya: Türkiyə Səudiyyə Ərəbistanı ilə birlikdə Suriyaya qoşun yeridir - Əsəd devrilməsinə qərar verildi

Sensasiya: Türkiyə Səudiyyə Ərəbistanı ilə birlikdə Suriyaya qoşun yeridir - Əsəd devrilməsinə qərar verildi























Türkiyə prezidenti Ərdoğanın Ər-Riyad səfərindən sonra ərəb mətbuatında Səudiyyə Ərəbistanı və Türkiyə arasında yeni ittifaqın qurulacağı ilə bağlı yazılar gedir

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, ərəbcə çıxan "Xaliç" Online internet saytı yeni sensasion iddia ilə çıxış edib.

Saytın iddiasına görə, Səudiyyə Ərəbistanı və Türkiyə yaz aylarında Suriyaya birgə hərbi müdaxilə etmə nöqtəsində razılaşıblar.

Məlumata görə, Ərdoğan və Kral Salman, Ərdoğanın ümrə də etdiyi son səfərində, Suriya məsələsində əməkdaşlıq yönündə razılaşma əldə ediblər . Qeyd edək ki, Ərdoğanın Ər-riyad səfərindən sonra, Suriya məsələsində razılıq əldə olunduğu barədə mətbuata açıqlama verilmiş, ancaq hər hansı bir detal açıqlanmamışdı.

Saytın iddiasına görə, Səudiyyə Ərəbistanı təhlükəsizlik mənbələrinə yaxın vəzifəli şəxs bu iddianı təsdiqləyib. Eyni zamanda Türkiyədə də baş nazirə yaxın bir qaynaq hərbi əməliyyatın Əsəd rejiminə qarşı yönələcəyini bildirib. Bundan başqa, hər iki dövlət İran əsgərlərinin Suriya ərazisinə yeridilməsindən də narahatdırlar.

Saytın yazdığına görə, hərbi əməliyyatların başlaması üçün, sadəcə Türkiyədə keçiriləcək seçkilər gözlənilir. Seçkilərdən sonra, yaz aylarında hərbi əməliyyatlara start veriləcək.