backend

Bakıda daha bir ər arvadını vəhşicəsinə öldürdü: Bu dəfə liftdə

Bakıda daha bir ər arvadını vəhşicəsinə öldürdü: Bu dəfə liftdə























Əməliyyat qrupu hazırda hadisə yerindədir.

Qətl hadisəsi bu gün saat 11 radələrində Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068-də, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib.

qaynarxett.az xəbər verir ki, virtualaz.org saytına bu barədə həmin binanın sakinləri məlumat verib.

Xəbərə görə, 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada qətlə yetirib. T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

Sakinlərin sözlərinə görə, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Amma bu, yalnız ehtimaldır.

Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsindən də faktı təsdiqlədilər. Əməliyyat qrupu hazırda hadisə yerindədir.

Xatırladaq ki, dünən axşam Bakıda daha bir oxşar hadisə baş vermiş, ər arvadını marşrut avtobusunda sərnişinlərin gözü önündəcə vəhşicəsinə qətlə yetirmişdi.