backend

Erməni terrorçuları Ərdoğanı təhdid etdi

Erməni terrorçuları Ərdoğanı təhdid etdi






















“Onların arxasında kimlərin olduğu ortaya çıxacaq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ASALA terror təşkialtı Çanaqqala savaşının 100-cü ildönümü mərasiminə gələcək ölkələri təhdid edib.

qaynarxett.az xəbər verir ki, bu barədə dövlət başçısı “Milliyət” qəzetinə müsahibəsində deyib.

“İndi ASALA gələcəyini bildirən ölkələrə təhdid yağdırır. ASALA həmin ölkələrə “Getsəniz özünüz bilərsiniz” mesajinı verib. Kimin nədən rahatsız olduğu açıq şəkildə ortadadır. Onların arxasında kimlərin olduğu ortaya çıxacaq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, aprelin 24-də Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək. Tədbirlərdə 50-yə yaxın ölkə rəhbərinin iştirakı gözlənilir.