backend

Azərbaycanda qar gözlənilir

Azərbaycanda qar gözlənilir






















Nazirlik xəbərdarlıq etdi

Aprelin 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

qaynarxett.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə aprelin 10-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, qərb rayonlarında şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 10-dan 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.