backend

Tovuz Peşə Liseyində əlləm-qəlləm olaylar

Tovuz Peşə Liseyində əlləm-qəlləm olaylar















Redaksiyamıza daxil olan məlumatlara görə Tovuz Peşə Liseyində baş alıb gedən korrupsiya hüquqpozmaları və müəllimlərin peşə etikasının tələblərinin pozulması barədə tənqidi məqalələrimizdən sonra Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Tofiq Zeynalov liseyin fəaliyyətini yoxlatdırıb.

Bildirilir ki, başçının müavini “tenderler kralı” kimi tanınan, həmçinin Fövqəladə Hallar Komissiyasının sədri kimi “xarabalıq milyoncusu”na çevrilən Mahir Həsənovun “humanistliyi” sayəsində lisey direktoru Yeganə Əmrahova reyddən əvvəlcədən xəbər tutub və komissiyanı hazırlıqlı qarşılayıb. Deyilənə görə həmin gün liseyin siniflərində “inc-cins” gözə dəyməyib. O da qeyd olunur ki, Yeganə Əmrahova başçının müavininə bu xəbərdarlığına görə borclu qalmayıb. Necə ki, peşə liseyinin sabiq direktoru Elcan Musayevə sədaqətli olduğunu əməli surətdə isbatlamışdı.Tovuzda hamı, ümimiyyətlə ölkənin təhsil ictimaiyyətinin peşə təhsili kontingenti də yaxşı bilir ki, Elcan Musayev vəzifədən kənarlaşanda səy göstərərək Yeganə xanımı öz yerinə təyin etdirib. Yeganə müəllimənin sabiq direktorun kadrı olduğu əvvəlcədən bəlli idi - liseydə rus dili müəllimi, direktor müavini kimi kadr pillələri ilə ucalması da məhz sələfinin həddən ziyadə qayğıkeşliyi diqqətcilliyi, nəvazişi, habelə Təhsil Nazirliyinin peşə təhsili sektorunun müdiri Namiq Məmmədovun bu cütüyə dəstək verməsi sayəsində baş tutmuşdu.Cütlüyün bir-birinə sədaqəti, vəfalılığı o qədər möhkəm idi ki, Yeganə müəllimə öz sələfindən miras qalan problemləri göz bəbəyi kimi qoruyub saxladı, hətta dərinləşdirdi, sabiq direktorun korrupsiya və maxinasiya əməllərinin izini özününkülərin hesabına ört-basdır elədi. Kənardan baxana çox şey qaranlıqdır. Hətta anlaşılan deyildir ki, Yeganə xanımın böyüdüb-tərbiyə etdiyi yanındakı qızcığaz onun övladıdı, yoxsa bacısı. Amma Tovuz əhli bu vəfalı irs-varis nümunəsinin övladı sayılan çox incə mətləbdən xəbərdardır.