backend

Erməni kəşfiyyatçısıdan Ermənistana çağırış - "İşğala son qoyun!"

Erməni kəşfiyyatçısıdan Ermənistana çağırış - "İşğala son qoyun!"























Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışında zərərçəkmiş şəxs qismində Azərbaycan Ordusunun hərbçiləri iştirak edirlər

Qeyd olunub ki, Arsen Baqdasaryan iki tərcüməçi ilə təmin olunub.

Dövlət ittihamçısı Anar Mirkişiyev ittiham aktını elan edib.

Təqsirləndirilən şəxsin ittiham aktına etirazı olmayıb.

Daha sonra A. Baqdasaryan prosesdə çıxış edib. Erməni kəşfiyyatçı Ermənistanı müharibəyə, işğala son qoymağa çağırıb. O, azərbaycanlıların günahsız yerə Qarabağdan, yurdlarından didərgin salındıqlarını, iki qonşu xalqın dost kimi yaşamalı olduğunu vurğulayıb. A. Baqdasaryan həmçinin Azərbaycanda onunla çox yaxşı rəftar edildiyini deyib.

Proses aprelin 20-də davam etdiriləcək. A. Baqdasaryanın hüquqlarını vəkil Ramiz Abdullayev müdafiə edir.