backend

Kürdəmirdə qeyri - adi “əməliyyat”

Kürdəmirdə qeyri - adi “əməliyyat”

















Kürdəmir polisinin yeni pulqazanma üsulu

Redaksiyamızın elektron poçtuna Kürdəmir rayon Carlı kəndindən məlumat daxil olmuşdur. Məlumatda bildirilir ki, rayon polis şöbəsinin polis nəfəri Elçin adlı şəxs bir neçə gün əvvəl öz həmyerliləri Zamin, Akif, İlqar və Nicat adlı şəxslərə deyib ki, “əla bir qız var, telefon nömrəsini verim , gedib kef eləyin”. Sonra o, həmin qızın telefon nömrəsini həmyerlilərinə verir. Onlar dəfələrlə həmin nömrəyə zəng açsalar da, zəngə cavab verən olmur. Həmyerliləri Elçinlə əlaqə qurub, qızın cavab vermədiyini bildirirlər. Elçin həmin qıza zəng edəndən sonra o, telefonu açaraq Kürdəmir şəhərində görüş təin edir. Həmin şəxslər rayon mərkəzinə gələrək təyin etdikləri yerdə qızı gözləyirlər. Qız təyin olunan vaxt gəlir və elə maşına minərkən polislər tərəfindən tutularaq onları rayon polis şöbəsinə gətirirlər. Şöbədə Fuad adlı şəxlə uzun söhbətdən sonra, İlqar və Akifdən 500 manat pul alınaraq buraxırlar. Zamin və Nicatı isə pulları olmadığına görə maşınlarını “girov “ saxlayaraq: “bir gün vaxt veririk pulu gətirin maşınınızı götürün “ deyə buraxırlar.
Qeyd edək ki, bu gün axşam radələrində Zamin və Nicatdan 1500 manat civarında rüşvət alınaraq maşınlarını özlərinə qaytarıblar
Şikayətçi məlumatın sonunda xaiş edir ki, bu hadisəni ictimailəşdirib, aidiyyatı qurumları məlumatlandıraq.

Mövzunu diqqət mərkəzində saxlayacağıq.