backend

Saatlıda bir kəndin əhalisi necə aldadılıb?

Saatlıda bir kəndin əhalisi necə aldadılıb?
























Məmmədabad camaatı onlardan 3 qat işıqpulu alındığını iddia edir

“Saatlı rayonu Məmmədabad kənd sakinləri rayonun işıq idarəsi tərəfindən aldadılılar”. Bunu redaksiyamıza rayon sakini Səlim Məmmədov bildirib.

O qeyd edib ki, keçən əsrin 60-cı illərindən qalma elektrik dirəyləri ömrünü başa vurub. “Çoxusu isə sıradan çıxıb. Yenilənməsini isə hələ deyəsən çox gözləyəcəyik”.

S.Məmmədov qeyd edir ki, neçə ildir gözlədikləri “smart” tipli sayğaclar kənddə quraşdırılmayıb. “Hazırda istifadə olunan sayğaclara isə müdaxilə edilidiyini iddia edirlər. Bu sayğaclar qoyulduğu gündən sakinlərdə şübhələr yaradıb. Yeni sayğacların quraşdırılmaması görünür kimlərəsə sərf edir”.

Onun sözlərinə görə, sakinlərin araşdırmaları nəticəsində məlum olub ki, kənddə bir cox təsərrüfatlara sayğacsız işıq verilir. “Bizdə belə şübhələr var ki, həmin təsərrüfatlardan yığılan pullar mənimsənilib, rayon üzrə ümumi planı doldurmaq üçün isə bir neçə kəndlərə, o cümlədən bizim kəndə quraşdırılan sayğaclara müdaxilə olunub və artıq pul yazılıb. Smart sayğaclar qoyulan başqa kənd sakinlərindən oyrənmişik ki, əvvəlki sayğac indikindən 3 dəfə artıq pul yazırmış. Kənd sakinləri məsələ ilə bağlı dəfələrlə Saatlı Elektrik Səbəkəsinə müraciət etsədə məsələ həllini tapmayıb. Yəqinki bütün bunlardan rayon Elektrik Şəbəkəsinin xəbəri var və yaxud özü şərait yaradır”.

Kənd sakinləri rayon icra başçısına və prezident aparatına məktub hazırlandığını və yaxın vaxtlarda həmin ünvana göndəriləcəyini bildirirlər.