backend

Ağtafada Ramiz Tatarov korrupsiyası rəsmən ifşa olundu – talana görə xəbərdarlıq

Ağtafada Ramiz Tatarov korrupsiyası rəsmən ifşa olundu – talana görə xəbərdarlıq



















Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilib

Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib. Hesabata əsasən, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.
Hesabat sənədində nöqsanlara yol verən 3 nəfərə, o cümlədən RHİ-in birinci müavininə (Ramiz Tatarov), 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub. Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq. Bu arada cumhuriyyet.az olaraq adı çəkilən məmur haqqında kiçik araşdırma apardıq. Ortaya çıxan faktlar Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarovun rayonda korrupsiya və maliyyə maxinatoru kimi şöhrətləndiyini göstərir. Rayonda həyata keçirilən maxinasiyalar, oyunlar və yağma prosesləri bilavasitə bu şəxsin adı ilə bağlanılır. Məsələn, Qarayazı meşələrinin talan edilməsi, BTC-nin keçdiyi ərazilərə görə kompensasiyaların alınması zamanı edilmiş fırıldaqlar, insanların adından saxta sənədlər düzəldilərək, yüz minlərlə manatın mənimsənilməsi, habelə boru “biznesi”nin tam himayə altına alınması və bu zaman hətta qonşu rayonların ərazilərinə müdaxilələr bu qəbildən olandır. Ramiz Tatarov haqda cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Ağstafa icra başcısının birinci müavini ümumiyyətlə, heç kimi saymır. Hətta bir dəfə onun camaatın içində icra başçısı Məhərrəm Quliyevi təhdid edərək, “Sənin qapını mıxlatdıraram” dediyi də rayonda dillər əzbəridir. Ən pis hal isə odur ki, camaatın içində deyilən bu sözə rəğmən, icra başçısı öz müavininə qarşı heç bir tədbir görə bilməyib. Bu azmış kimi, onun müavininin əlində oyuncağa çevrildiyi də artıq ağstafalılar tərəfindən təsdiq edilir. Və belə vəziyyət Ağstafada durumun hansı bərbad halda olduğunu göstərir.
Mövzunu diqqətdə saxlayacağıq. Ramiz Tatarov haqda geniş araşdırmamıızı yaxın günlərdə diqqətinizə çatdıracayıq…

Şəbnəm