backend

Bakıda müəllimə ölüm mesajı - Ayaqlarından güllələndi

Bakıda müəllimə ölüm mesajı - Ayaqlarından güllələndi






















Artıq müəllimlərin adı təhsildə yox, kriminalda hallanmağa başlayıb

Bakının Xəzər rayonunda silahlı cinayətin içtirakçılarından biri müəllimdir. Dünən saat 15 radələrində Şüvəlan qəsəbəsində yerləşən “Gənc Kosmonavt” düşərgəsində cinayət törədilib. Hazırda məcburi köçkünlərin məskunlaşdığı düşərgəyə BMW markalı maşınla gələn şəxslər dil-ədəbiyyat müəllimi işləyən Bəxtiyar Hüseynovu bayıra çağırıblar. Sonra isə onu hər iki ayağından güllələyərək qaçıblar.

İşi araşdıran müstəntiq Rövşən Cavadov milli.az-a açıqlamasında bildirdi ki, cinayətin kim tərəfindən törədilməsi məlum deyil. Müstəntiq hadisənin motivi barədə də açıqlama vermədi.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan istifadə olunmaqla xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.