backend

Artur Rasizadə nazirliyin regional idarələrini ləğv etdi

Artur Rasizadə nazirliyin regional idarələrini ləğv etdi




















Qərar iyunun 1-dən qüvvəyə minir.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında” 2002-ci il 20 sentyabr tarixli 146 saylı qərarını ləğv edib.

Bu barədə qaynarxett.az-ya Nazirlər Kabinetindən məlumat verilib.

Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə nazirliyin regional idarələri ləğv olunur. Qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qeyd edək ki, qərar bu il iyunun 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, KTN-nın Azərbaycanın doqquz regionunda regional idarələri mövcuddur.