backend

Rusiyada gənc ananın hərəkəti hamını şoka saldı - VİDEO

Rusiyada gənc ananın hərəkəti hamını şoka saldı - VİDEO




















“Mən həyat yoldaşımın telefonunu götürdüm və o buna əsəbiləşdi”.

Rusiyanın Noqinsk şəhər sakini Vyaçeslav Samoylov öz arvadı ilə mübahisəsini kameraya çəkərək internetdə yerləşdirib.

qaynarxett.az NTV.ru-ya istinadən xəbər verir ki, ər və arvad arasında baş verən mübahisədə ən çox zərər çəkən onların azyaşlı körpəsi olub.

Belə ki, videoyazıdan göründüyü kimi, ana öz körpəsini yerə ataraq ona təpik vuracağı ilə hədələyir. Ər isə bu zaman uşağı yerdən qaldırmaq əvəzinə baş verənləri kameraya çəkir.

Görüntüləri qeydə alan ata, Vyaçeslav Smaylov hadisəni belə danışıb.

“Mən həyat yoldaşımın telefonunu götürdüm və o buna əsəbiləşdi, uşağı yerə atıb onu vuracağı ilə hədələdi”.

Qadın isə ərinin dediklərini inkar eləyir, o özünü günahkar saymır. Onun sözlərinə görə, əri onu möhkəm döyüb, və münaqişə bu səbəbdən baş verib.

Qeyd edək ki, polis faktla bağlı araşdırmaya başlayıb.