backend

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar – SİYAHI

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar – SİYAHI




















39 cinayət işi bir çox sahəni əhatə edib

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Baş İdarə tərəfindən bu ilin birinci rübündə istintaqı tamamlanaraq məhkəməyə göndərilən 39 cinayət işi bir çox sahəni əhatə edib.

Həmin cinayət işlərinin 14-ü özəl sektor, 4-ü icra hakimiyyətləri, 2-si təhsil, 2-si bələdiyyə, 1-i səfərbərlik xidməti, 3-ü bank sektoru, digərləri isə sosial sahə ilə bağlı olub.