backend

Azərbaycanda 31 yaşlı qadın itkin düşdü – VİDEO

Azərbaycanda 31 yaşlı qadın itkin düşdü – VİDEO




















Polis məlumat verib.

31 yaşlı Musayeva Əfsanə Fazil qızı itkin düşüb.

qaynarxett.az xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsindən ANS TV-yə verilən məlumata görə, 24 mart 2015-ci il tarixində təxminən saat 22 radələrində 31 yaşlı Musayeva Əfsanə Fazil qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Musayeva Əfsanə Fazil qızının əlamətləri belədir: boyu 160 sm, orta bədən quruluşlu, gözlərinin rəngi mavi, ağbəniz, saçları uzun qaradır.

Evdən çıxarkən əynində qara rəngli dəri gödəkçə, palıdı rəng şalvar, üçdüyməli nazik köynək, ayaqlarında qara rəngli ayaqqabılar olub.

Musayeva Əfsanə Fazil qızını görənlərdən və ya onunla bağlı hər hansı məlumatı olanlardan bu barədə 050-566-66-12 və 070-966-66-12 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.