backend

Bu gün Azərbaycan və türk saytlarına hücumlar gözlənilir

Bu gün Azərbaycan və türk saytlarına hücumlar gözlənilir






















Qurum xəbərdarlıq etdi

Bu gün Azərbaycanın, o cümlədən, Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan hücumların həyata keçiriləcəyi gözlənilir.

qaynarxett.az xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi bildirib.

Qurum mümkün kiber hücumların qarşınının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırır.

Xatırladaq ki, bu gün Ermənistan höküməti qondarma soyqırımın 100 illiyini qeyd edir.