backend

DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ MÜRACİƏT

Daxili İşlər Naziri cənab Ramil Usubova

surəti: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova

surəti: BDYPİ, YPX Alayının komandiri cənab Balakişi Əhmədova

surəti: YPX Alayı 8-ci tağımın komandiri cənab Etibar Məmmədova


Yazıb diqqətinizə onu çatdırmaq istəyirik ki, informasiya mərkəzimizə BDYPİ, YPX Alayı 8-ci tağımının əməkdaşı İsmayılov Əli Fazil oğlunun 01 aprel 2015-ci il tarixdə, Gəncə-Mingəçevir yolunun "Aran" qəsəbəsi adlanan ərazisində qol qoyduğu olayla bağlı məlumat daxil olmuşdur. Daxil olan məlumatda bildirilir ki, o, həmin ərazidə hərəkətdə olan qadın sürücünü saxlayaraq bildirir ki, "sən "radar"a düşmüsən buna görə də cərimə olunmalısan. Əgər cərimə olunmaq istəmirsənsə, o halda mənimlə "görüşməyə" razı ol" deyir. Bu haqda məlumatları informasiya mərkəzimizə çatdıran xanım şikayətçinin müraciətini əsas tutaraq, 16 aprel 2015-ci il tarixdə "Azerinfo".az saytına "Yol polisi əməkdaşından "əndrəbadi" addım"" başlıqlı tənqidi açıqlama hazırlamışıq.

Elə bu səbəbdən də, yazıb Sizdən xahiş edirik ki, hazırladığımız açıqlamada sadalanan faktlara aydınlıq gətirəsiniz, həmçinin informasiya mərkəzimizin də məlumatlandırılmasını təmin etmək üçün, tabeçiliyinizdə olan şəxslərə müvafiq tapşırıqlarınızı verəsiniz.

Göstərəcəyiniz diqqətə görə əvvəlcədən minnətdarlığımızı bildiririk

Baş direktor: İbrahim Qubadoğlu