backend

Yol polisi əməkdaşından "əndrəbadi" addım

Yol polisi əməkdaşından "əndrəbadi" addım




















YPX Alayının polis serjantı İsmayılov Əli Fazil oğlunun atdığı addım, nəinki öz adına, şərəfinə, daşıdığı vəzifəsinə, hətta bütövlükdə BDYPİ-nin adına belə ləkə gətirməkdədir

Bu da bir həqiqətdir ki, təqribən 6-7 il bundan əvvəl yol polisi sahəsində yaşanan problemlər, daha çox ictimai müzakirələrə səbəb olurdu. Hətta elə hallar da olurdu ki, yol polisi əməkdaşlarının atdıqları addımların əksəriyyəti, hər kəsin qınaq obyektinə də çevrilirdi. Müzakirə olunan məsələlərin kökündə isə bir çox amillərin varlığı dayanırdı ki, bu amillər içərisində yol polisi əməkdaşlarının sürücülərdən rüşvət tələb etmələri, heç bir əsas olmadan onları incitmələri, getgələ salmaları, saysız-hesabsız xoşagəlməz olaylarla üz-üzə qoymaları və.s kimi halların varlığı, ümumiyyətlə çoxluq təşkil edirdi. Bütün bu kimi amillər hələ bir neçə illər bundan əvvələ qədər, yol polisinin daxili aləminə o qədər sirayət etmişdi ki, yaşanan problemlərin aradan qaldırılması, sanki öz-özlüyündə zərurətə də çevrilmişdi.
Bəli, bu gün yeniləşən respublikamızda yol infrastrukturunun yenidən qurulması, müasir tipli işıqforların, yol ötürücülərinin, hərəkəti tənzimləyən kameraların və digər avadanlıqların yol kənarlarına quraşdırılması, lazımi təminolunmaların həyata keçirilməsi başa çatdıqca, ümumi ab-havada əldə olunan yeniliklərin əhəmiyyəti və kəmiyyəti də artmağa başladı. Digər tərəfdən görünməni məhdudlaşdıran "plyonkalar"dan, əcaib səslər çıxaran siqnal qurğularından istifadə edənlərə, eyni zamanda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, sərtləşdirilmiş cəza tədbirlərinin tətbiq olunması və.s həyata keçirilən islahatların tərkib hissəsi oldu. Ən əsası, yol polisinə rəhbərlik edən cənab Ramiz Zeynalovun son vaxtlar atdığı təkmil addımlar, verdiyi müvafiq tapşırıqlar, bu sahədə əldə olunan naliyyətlərin əhatə dairəsini daha da artırdı.
Hər kəsə bəllidir ki hələ bir neçə il bundan əvvəl, ölkə rəhbəri möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən məlum müşavirədə, yol polisi sahəsindəki problemlərin qısa zaman kəsiyində aradan qaldırması istiqamətində, ölkə rəhbəri tərəfindən müvafiq tapşırıqlar da verilmişdi. Amma, bu gün verilmiş tapşırıqlara məhəl qoymayan, qol qoyduğu əməlləri ilə əndazəni aşan elə yol polisi əməkdaşları var ki, onların əməlləri yenə də əksəriyyət tərəfindən müzakirə olunmaqdadır. Belə yol polisi əməkdaşlarından biri də, YPX Alayının əməkdaşı polis serjantı (döş nişanı-1771) İsmayılov Əli Fazil oğludur. O, 01 aprel 2015-ci il tarixdə idarə etdiyi yol polisinə məxsus 10-YP-842 nömrəli avtomobillə, Gəncə-Yevlax yolunun "Aran" qəsəbəsində yol kənarında kənarında dayanır. Bu zaman hərəkətdə olan avtomobili saxlayan Əli İsmayılov, avtomobili idarə edən qadın sürücüyə bildirir ki, -sən radara düşmüsən, məhz buna görə də cərimə olunacaqsan. Əgər bunu istəmirsənsə, o halda vaxt tap və mənimlə görüşməyə razı ol deyir. Avtomobilin saxlandığı vaxt axşamçağına təsadüf etdiyindən və orta məktəb şagirdlərinə dərs keçib yorğun olduğundan evinə tələsən xanım müəllimə, ilk öncə yol polisi əməkdaşının ona etdiyi təklifə təəccüb qalır. Və çox çək-çevirdən sonra o, xanım müəlliməyə - bu gün mənimlə görüşə razı olsan, mütləq sənin radarını siləcəyəm. deməklə, fikrini bir daha ona israrla çatdırır. Elə ki, xanım müəllimə Fazil İsmayılovun etdiyi təklifə dilucu olsa da razılıq verir, çox keçmədən yol polisi əməkdaşı ona - gəl ya Şirvangöl istirahət mərkəzinə, ya da ki, Yevlağın Tanırqullar kəndinin girişində dayım oğlu olan İsmayılın kafesinə gedək- deyir.
Hələ bu azmış kimi, Əli İsmayılov xanım müəlliməyə onu da bildirir ki, - artıq bəlli oldu ki, mən Mingəçevirdənəm, sən isə Yevlaxdansan. Bu belə olduğu halda sənin radarını mən harasa göndərəsi deyildim. İndiki yerli çıxdıq, mənə Yevlaxdan arabir istirahət etməyə bir kvartirada tap deyir. İstəyirəm səninlə tez-tez görüşüm və de görüm özün kimi yaraşıqlı rəfiqən də varmı deməklə, əlavə sual da verir. Maraqlı hal o olur ki, xanım müəllimə onu dəqiqləşdirmək istəyir ki, yol polisi əməkdaşı olan Əli İsmayılovun belə bir fikrə düşməsinə səbəb nədir? Məhz bu səbəbdən də, yol polisi əməkdaşının etdiyi təklifə o, ilk əvvəl razı olduğunu bildirir.
Elə ki axşamçağı olur, xanım müəllimə ilə "Aran" qəsəbəsi adlanan ərazidə görüşən Əli İsmayılov, teztələsik idarə etdiyi yol polisi avtomobilini yol kənarında saxlayır və xanım müəlliməni şəxsi "Prado" markalı avtomobilinə otuzduraraq, İsmayılın kafesinə üz tutur. Kafedəki otaqların birində bir qədər söz-söhbət edib yemək yedikdən sonra, xanım müəllimə Əli İsmayılova - sən yol polisi əməkdaşısan və məni bura iş saatlarında nə üçün gətirmisən?- deyə sual edir. Həmin an o, üz-gözü qızarmış halda cavab verir ki, - axı, sənə dedim radara düşmüsən və buna görə də cərimə olunacaqsan. Cəriməni istəmirsənsə, o halda mənimlə görüşməyə razı ol deyə fikrimi sənə çatdırdım. Ona görə də səni bura istirahət etməyə gətirmişəm- deyir. Verilən belə bir cavabdan sonra, xanım müəllimə təkrar bildirir ki, - axı, bura istirahət mərkəzi deyil, daha çox əxlaqsızlıq ünvanıdır. Çünki, otaqdakı çirki pastelin, hamamın, digər ləvazimatların və.s-nin varlığı, həqiqətən buranın əxlaqsızlıq ünvanı olduğunu tam təsdiqləyir-. Elə ki, ünvanlanan suallara cavab verməyi bacarmayan Əli İsmayılov naəlac qalır, - düzdür, bu kafe sən deyən ünvanlardan biridir, amma biz bura gəlməmişdən öncə zəng edib pastelləri dəyişdirmişdim- deyir. Saat təqribən 22-50 dəqiqəyədək arzusunu "çin" edə bilməyən və otağı tərk edən Əli İsmayılovun hansı hisslər keçirdiyini yəqin ki, kimlərsə başa düşər. Amma, hər kəsin başa düşmədiyi bir məqam da var ki, o da iş saatlarında vəzifə borcunu yerinə yetirmək əvəzinə, şagirdlərə dərs keçib evinə tələsən müəlliməni yol polisi əməkdaşının "görüşə" dəvət etməsidir. Bu "görüş" baş tutmasa da, xatırlanası bəzi məqamlar var. Çünki, sıravi polis serjantı olan və iş saatlarında daşıdığı vəzifəsindən ehtiyat etməyən Əli İsmayılov, əldə etdiyimiz məlumatlara görə hansısa vəzifə sahibinin gül balasıdır. O, belə bir addımı atarkən bəlkə də düşünüb ki, işimlə bağlı hansısa problem əmələ gələrsə, o halda atam, yaxud da güvəndiyim daydayıım məni problemdən qurtara biləcək. Amma, o anı da nəzərə almayıb ki, hələ bir müddət bundan əvvəl ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyev cənabları televiziya çıxışında bir daha vurğuladı ki, məmur övladları qudurğan olmamalıdır". Əgər ölkə rəhbəri belə bir tapşırıq verirsə və qudurğan addım atanlara qarşı lazımi tədbir görüləcəyini bildirirsə, o halda Əli İsmayılovun atdığı addımı hansı yöndə yozmaq olar? Bax budur bizi düşündürən məqam!

Diqqəti cəlb edən digər hal da odur ki, bu gün BDYPİ-nin rəhbərliyində polis general-mayoru olan, tam əksəriyyətin rəğbət bəslədiyi, müdrik idarəçiliyi ilə yol polisi əməkdaşlarının adına, şərəfinə, işgüzar nüfuzuna xüsusi rəğbət hissini formalaşdıran bir şəxs, cənab Ramiz Zeynalov durur. Amma, YPX Alayının sıralarında isə, polis adı ilə uzlaşmayan hərəkətlərə qol qoyan, yol polisinin adına, şərəfinə xələl gətirən polis serjantı İsmayılov Əli Fazil oğlu adlı şəxs də çalışır.
Baş verən olay haqda məlumatların davamını, yenə də diqqətinizə çatdıracağıq. Odur ki, diqqətiniz bizdə, həm də sizlərə çatdıracağımız məlumatlarda olsun.

Azerinfo.az