backend

“Nar”ın binasında uçqun: Xəsarət alan var

“Nar”ın binasında uçqun: Xəsarət alan var






















Hadisə yerinə xilasedicilər cəlb olundular

Bakıda uçqun olub.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti 107 ünvanında, “Azərfon” şirkətinin yerləşdiyi binada qeydə alınıb.

Binanın yeməkxanasının tavanı uçub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcilli yardım briqadası cəlb olunub.

“Azərfon” şirkətinin mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai bildirib ki, şirkətə məxsus binanın mətbəxində 450 Kv/m sahədə asma tavan uçub. Nəticədə şirkətin aşpazı xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, xəsarət alan şəxs 1996-cı il təvəllüdlü Saleh Gülağa oğlu Canbaxışovdur.