backend

Bakıda kişi özünü yandırdı

Bakıda kişi özünü yandırdı





















Faktla bağlı araşdırma aparılır

Bakının Qaradağ rayonunda 38 yaşlı kişi özünü yandırıb.

qaynarxett.az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 19 radələrində Müşviq qəsəbəsində, Yeni yaşayış massivində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Valeh İman oğlu İmanov yanıq xəsarətləri ilə Mərkəzi Yanıq Xəstəxanasına yerləşdirilib.

Araşdırmalar zamanı onun özü-özünü yandırdığı müəyyən olunub. Məlum olub ki, Valeh İmanov üzərinə benzin tökərək intihara cəhd edib.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.