backend

Ukrayna: Qarabağda “parlament seçkiləri” qanunsuzdur

Ukrayna: Qarabağda “parlament seçkiləri” qanunsuzdur























XİN bəyanat yaydı

Ukrayna XİN bəyan edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “parlament seçkiləri” heç bir hüquqi əsasa malik ola bilməzlər.

qaynarxett.az bu barədə Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

“Ukrayna 2015-ci ilin may ayının 3-də Dağlıq Qarabağ ərazisində keçirilən qondarma “parlament seçkilərini” tanımır və onları qanunsuz hesab edir.

Bundan başqa, mətbuat xidmətindən qeyd ediblər ki, Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmət prinsipi əsasında və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərində sülh yolu ilə həllinin tərəfdarıdır.