backend

Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisində atışma - YENİLƏNİB

Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisində atışma - YENİLƏNİB























İŞİD atışmanın məsuliyyətini öz üzərinə götürdü

“İslam dövləti” radikal qruplaşması Amerikanın Qarlend şəhərində Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş etdirildiyi sərgi yaxınlığında baş vermiş atışmanın məsuliyyətini öz üzərinə götürüb.

qaynarxett.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Frans Press məlumat yayıb.

09:15

ABŞ-ın Texas ştatının Qarlend şəhərində polis Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisinin yaxınlığında atəş açan iki nəfəri güllələyib, NBC News xəbər verir.

Bildirilir ki, həmçinin sərgi mühafizəçilərindən də bir nəfər yaralanıb.

Polis yaxınlıqdakı biznes-mərkəzin əməkdaşlarını təxliyyə edir, məlumatda qeyd olunur.

Bildirilir ki, polis yaxınlığında atışma baş vermiş biznes mərkəzini mühasirəyə alıb. Qeyd olunur ki, içərisində partlayıcı qurğu olan şübhəli avtomobil aşkarlanıb.

Şübhəli avtomobili minaaxtaran robot yoxlayır.