backend

Qətl üçün lisenziya

Qətl üçün lisenziya























Çoxlarının gözündə nə mərhum Aytac Babayeva qurban, nə də ki, onu qətlə yetirən alçaq qatil olacaq

Öz gözündə tiri görməyən başqasının gözündə çöp axtarır.

Bir neçə gün bundan öncə bütün ictimaiyyət 58 saylı orta məktəbin 11-ci sinif şagirdi yeniyetmə qız Aytac Babayevanın İzzət Hüseynov tərəfindən qətlə yetirilməsi xəbərindən sarsılmışdı.

Bu hadisənin ən qorxulu məqamı isə ittiham edilən şəxsin gənc bir həyata son qoymasından narahat olmamasıdır.

Onu daha çox öz canı maraqlandırır, belə ki, qadın sevgisini qazana bilməyincə yeganə çıxış yolunu qətldə görən bu cür uğursuz Romeolar rəğbət bəslənilməyəcək yerlərdən uzaq qalmayacaq.

Bu qəbildən olan “qəhrəman sevgililər”i həbsxanalarda əsasən böyük səbirsizliklə gözləyirlər.

Qatilin gələcək həyatı barədə məhkəmə qərarından sonra danışacağıq, amma fakt fakt olaraq qalır, bu qərar nə qədər sərt olsa da dünyasını dəyişən qızcığazı geri qaytarmayacaq...

Xəbər portallarının səhifələrində gedən qızğın müzakirələri oxuyarkən ürəkaçan sayılmayan bir nəticəyə gəldim: qızın qətlində biz özümüz günahkarıq.

Cəmiyyətimiz, onun boğaza qədər çirkaba batan üzvləri yeniyetmə qızın vəhşicəsinə qətlə yetirilməsinə imkan veriblər.

Kənardan sivil görünən bəzilərinin rəyləri adamı mat qoyur. Tipik yazılardan biri:

“Onun 16 yaşı var??? O, 11-ci sinifdə oxuyur??? Bunun manikürünə bax... O, ərə getmək haqqında nə bilir? Ərə getmək istəyirdi... çatdı, kitab oxumaq, dərs oxumaq lazım idi... o zaman ərə getməkdən söhbət olmazdı”.

Xahiş edirəm bu rəyin müəllifinin, savadsız, kənd evdar qadını deyil, hörmətli Ali məktəblərdən birinin müəlliməsi olduğunu nəzərə alın. Mən onun tələbələrə nə öyrədəcəyini düşünmək belə istəmirəm.

Belə rəylər çoxdur – həddən artıq çox, çoxları 16 yaşlı qızı evdə oturmamaqda, makiyaj, manikür etməkdə, aşiq olmaqda, gənc bir oğlanla görüşməkdə və dəhşət - onunla çayxanada oturmaqda ittiham edirdilər...

Bu rəylərin müəlliflərinin qibtə ediləcək mənəvi dəyərlər ilə fərqləndiklərini ehtimal etmək lazımdır, onlar əlbəttə, 16 yaşlarında kitablardan başlarını ayırmırdılar, Kvant fizikasını əzbərləyir, “Sülh və hərbi” bir söz buraxmadan belə diqqətlə oxuyurdular. Bu insanlar məhəbbət, aşiq olmaq, adi yeniyetmə kompleksləri, kiminsə xoşuna gəlmək kimi mənəviyyatsız işlərdən uzaq idilər...

Belə cəfəngiyatı dilinə gətirərkən, bu çirkablar, öz ikiüzlülükləri ilə illərlə, son zamanlarda şahidi olduğumuz belə dəhşətli hadisələr üçün imkan yaradırdılar.

Axı sıravi ailədə, xüsusi intellekti olmayan adama məktəbdə, evdə və hətta Ali məktəbdə kosmetikadan istifadə edən, dırnaqlarını boyayan qızın əlçatan olması fikrinin yeridilməsi nəticəsində bu qəbildən olan hadisələrə yol açırıq.

Küçədə “ay ceyran, ay cigər” kimi sözatmalar, ayrılmış xanımlara qarşı çirkin təkliflər, yerli “maço”ların çoxu boşanmış qadını “onsuz da artıq bakirə” olmadığı üçün ikinci dərəcəli hesab etmələri, ətrafındakı qızlardan bir qədər seçilənlər əyri yolun yolçusu hesab edilməsi - ümumi qəbul edilmiş qanunun nəticəsidir.

Düz yolda deyilsə deməli əlçatandır. Əlçatan qadını isə istifadə etmək, onu ələ salmaq, alçaltmaq, bezəndə atmaq da olar. Hətta öldürmək belə olar.

Axı məhz mənəvi dəyər carçıları qətlə yetirilən qızın xəbəri altında onun manikür və kosmetikasını müzakirə edəndə məhz bunu nəzərdə tuturlar. Sizcə elə də dərin ağıllı olmayan gənclər belə fikirləri oxuyanda hansı nəticəyə gələcəklər? Onların qatili qınayacaqlarını düşünürsüz? Heç vaxt! Çoxlarının gözündə nə mərhum Aytac Babayeva qurban, nə də ki, onu qətlə yetirən alçaq qatil olacaq. Onlar üçün Aytac hər zaman – “Özü günahkardır” kimi qalacaq.

Axı o stereotipi qırdı, kütlədən seçildi “ağ qarğa” oldu - o, yaşıdlarının çox və hətta bir qədər yaşca böyük və ailəli olan xanımlar kimi öz münasibətlərini gizlədərək, özünü mələk kimi biruzə vermədi.

“Camaat nə deyər?” – bu şüar altında bizim bir neçə nəslimiz boya-başa çatıb. Görünən mənəviyyat – yeganə narahat olduqları şey budur. Bu mənəviyyatın altında insan günahlarının, korlanmış talelərin və yarımçıq qalmış ömürlərin olması heç vaxt, heç kimi narahat etməyib...