backend

Erməni işğalçılarının son ümidi

Erməni işğalçılarının son ümidi






















“ABŞ hətta Zimbabve seçkilərini tanımır”

İlk dəfə qondarma “Dağlıq Qarabağ Respublikası”na səyahət edən zimbabveli jurnalist Endryu Mambondiani öz dövlətində “DQR”nin “qeyri-rəsmi səfiri” olmaq niyyətindədir.

“Bu, fantastik ölkədir, mən burda keçirdiyim hər gündən zövq alıram. Zimbabveyə qayıtdıqdan sonra hamıya Qarabağ haqqında danışacam. Mən Şuşada, Gəndzəsərdə oldum, burada gözəl yerlər, kilsələr var”, - o jurnalistlərə bildirib.

Zimbabvedən olan jurnalist “DQR”da keçirilən seçkiləri öz ölkəsində olan seçkilərdən “daha demokratik” adlandırıb.

Onun sözlərinə görə, bu seçkiləri beynəlxalq ictimaiyyətin tanımamasının elə də böyük əhəmiyyəti yoxdur.

“Qarabağın “xalqı” nə istədiyini özü həll etməlidir. Əsas seçkilərin ədalətli, açıq və şəffaf keçməsidir. ABŞ hətta Zimbabve seçkilərini tanımır”, - o qeyd edib.

Necə deyərlər: şərhsiz!